Danimarkada Türkdilli Cəmiyyətlərin koordinasiya şurası yaradılıb
Tarix: 11.06.2014 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Danimarkada fəaliyyət göstərən türkdilli xalqların diaspor təşkilatı rəhbərlərinin toplantısı keçirilib. Paytaxt Kopenhagendə fəaliyyət göstərən "Azərbaycan Evində" baş tutmuş görüşdə Azərbaycan “Vətən” Cəmiyyətinin nümayəndələri və sədri Səfər Sadiqi, Cənubi Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Abbas Seidlər, Skandinaviya Ülkü Ocaqları sədri Bahadur Gülər, Türkmən Yardım Cəmiyyətinin başçısı Yurtan Karvancı və başqa cəmiyyət sədrləri iştirak edib.
Toplantıda "Vətən" Cəmiyyətinin təşəbbüsü ilə "Türkdilli Cəmiyyətlər Birliyinin" koordinasiya şurasının yaradılması müzakirə olunub. Səfər Sadiqi toplantını açaraq bildirib ki, koordinasiya şurasının yaradılması gələcəkdə tədbirlərin birlikdə, planlı şəkildə təşkilinə və əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək. Səfər Sadiqinin bu təşəbbüsünü dəstəkləyən türkdilli cəmiyyətlərin rəhbərləri koordinasiya şurasının yaradılmasının zəruri olduğunu bildirib.
Sonda növbəti toplantının bu ilin sentyabr ayında Kopenhagen Ülkü Ocaqlarında keçirilməsi qərara alınıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info