Elman Mehdiyev: “DSMF-nin qeyri-büdcə daxilolmaları 13,6 faiz artıb”
Tarix: 11.06.2014 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların payı artmaqdadır. Bu artım xüsusən qeyri-büdcə təşkilatları üzrə yığımlarda müşahidə edilir. Bu barədə DSMF-nin sədri Elman Mehdiyev məlumat verib. DSMF sədri bildirib ki, 2014-ci ilin ilk 5 ayının nəticələrinə görə, DSMF-nin topladığı məcburi dövlət sosial sığorta haqları 664,7 milyon manat olub ki, bunun da 64,7 faizi və yaxud 430,1 milyon manatı qeyri-büdcə təşkilatları üzrə daxilolmalardır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 11,8 faiz artıb, qeyri-büdcə təşkilatları üzrə artım isə 13,6 faiz olub. E.Mehdiyev qeyd edib: “Qeyri-büdcə daxilolmalarının belə sürətli artımı ölkəmizdəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması, sığortaedənlərin qeydiyyatının gücləndirilməsi və əməkhaqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsi hesabına təmin olunub.” Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Cari ilin ilk 5 ayı ərzində pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün DSMF tərəfindən 1166,4 milyon manat vəsait yönəldilib və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 154,1 milyon manat və ya 15,2 faiz çoxdur.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info