BMT-nin xüsusi məruzəçisi Azərbaycanda qadınlarla bağlı hüquqi tədbirləri alqışlayır
Tarix: 11.06.2014 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


BMT-nin qadınlara qarşı zorakılıq, onun səbəbləri və nəticələri üzrə xüsusi məruzəçisi Rəşidə Manjunun Azərbaycana ötən il 26 noyabr - 5 dekabrda etdiyi səfərinin yekunlarına dair ilkin hesabatı açıqlanıb. BMT-nin İnsan Hüquqları Ali Komissarlığının saytının yaydığı məlumata görə, hesabatda Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı vəziyyət, onun səbəbləri və nəticələri, qadınların haqlarının səmərəli şəkildə təmin olunması, dövlət tərəfindən bu məsələyə lazımi nəzarət, qadınlara qarşı zorakılığın qarşısının alınması, onların mühafizəsi və günahkarların cəzalandırılmasının təmin edilməsi ilə bağlı vəziyyət əks olunub.
Xüsusi məruzəçinin sözlərinə görə, ölkədə qadınlara qarşı zorakılığın qarşısının alınması və qadın hüquqları məsələləri ilə bağlı çoxsaylı qanun və proqramlar işlənib hazırlanıb. Hesabatda qeyd olunur ki, xüsusi məruzəçi dövlətin insan hüquqlarının müdafiəsi və təşviqi, ayrı-seçkiliyə qarşı mübarizə və gender bərabərliyinə nail olmaq üçün konkret hüquqi tədbirlərin görülməsi istiqamətindəki öhdəliyini alqışlayır.
Hesabatda bildirilir ki, Azərbaycanda qadına qarşı zorakılıq halları əsasən patriarxal sosial normaların və dərin köklü gender stereotiplərinin saxlanılması ilə bağlıdır. Azərbaycan güclü mədəni ənənələrə sahibdir və bu ənənələr ailəyə və cəmiyyətə böyük dəyər verir. Hesabatda göstərilir ki, Azərbaycanda erkən və məcburi nikahların çox yayılması narahatlıq doğuran məsələdir. Məruzəçi hesabatında qeyd edib ki, erkən nikahlar qeyri-qanuni olduğu üçün onlar haqqında dəqiq statistik rəqəmləri öyrənmək çətindir. Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən xüsusi məruzəçiyə məlumat verilib ki, 5000 nəfərdən çox qız 2013-cü ildə erkən nikaha girib. Bu rəqəm 2012-ci ildə 4000 nəfər təşkil edib. Hesabatda qeyd olunub ki, erkən nikahların böyük əksəriyyəti Abşeron regionu, Lənkəran, Quba və Ağstafada qeydə alınıb.
Dövlət tərəfindən səylərin görülməsi, xüsusilə də nikah yaşının oğlanlar və qızlar üçün 18 yaşa qədər artırılmasına baxmayaraq, erkən və məcburi evliliklər qızların həyatını təhlükə altına atır. Hesabatda qeyd olunur ki, bir çox maraqlı təşkilatlar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, beynəlxalq təşkilatlar və yerli vətəndaş cəmiyyəti təşkilatları erkən nikahların qarşısının alınması və onlara qarşı mübarizə sahəsində maarifləndirilmənin artırılması və təhsil kampaniyalarında aktiv şəkildə iştirak edib.
Məruzəçi hesabatında həmçinin əvvəlcədən hamilələyin cinsə görə planlaşdırılması ilə əlaqədar da narahatlığını bildirib. Belə ki, çox vaxt ailələr uşaq qız olanda abort etdirirlər.
Hesabatda həmçinin qadınların siyasi və ictimai fəaliyyətlərinə də toxunulub. Qeyd olunub ki, parlamentdə qadınların iştirakında ötən illərdə müəyyən irəliləyiş əldə olunub. Parlamendə 124 deputatdan 19 qadındır. Eyni zamanda parlamentin vitse-spikeri vəzifəsində də qadın fəaliyyət göstərir.
Qadınların ədliyyə sistemində iştirakına gəldikdə isə, hesabatda qeyd olunur ki, hakimlərin 12 faizi qadınlardır (525 hakimdən 63-ü qadındır).
Xüsusi məruzəçi vurğulayıb iki, hökumət qadınların iqtisadi inkişafı və onlara səlahiyyətlərin verilməsinin zəruriliyini başa düşür və bu istiqamətdə təşəbbüslər həyata keçirir. Hesabatda qeyd olunur ki, İqtisadiyyat və Sənaye nazirliyindən verilən məlumata görə, qeydə alınan yarım milyon sahibkarın 17 faizi qadındır.
Hesabatda bildirilir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, qadınlar üçün işsizlik dərəcəsi 6,1 faiz (kişilər üçün 4,3 faiz) təşkil edir.
Xüsusi məruzəçi hesabatında Azərbaycanda boşanma səviyyəsinin aşağı olduğunu vurğulayıb. Hesabatda BMT-nin xüsusi məruzəçisinin hökumətə qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətinsə tövsiyələri də yer alır.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info