İsveçrənin “Stadler“ şirkətindən yeni sərnişin vaqonları alınacaq
Tarix: 11.06.2014 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Nəqliyyat Nazirliyi və İsveçrənin "Stadler" şirkəti çərşənbə günü Bakıda yeni dəmiryol sərnişin vaqonlarının alqı-satqısı haqqında saziş imzalayacaqlar. Bu barədə jurnalistlərə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib.
Onun sözlərinə görə, saziş ölkəyə 30 yeni dəmiryol sərnişin vaqonlarının satışını nəzərdə tutur: "Yeni vaqonların alınması 2009-2014-cü illərdə Azərbaycanın dəmiryol nəqliyyatının inkişafı üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir".
Həsənov onu da qeyd edib ki, bu il Dövlət Proqramının reallaşdırılması müddəti başa çatır. Lakin buna baxmayaraq, hazırda yeni Dövlət Proqramının hazırlanması üzrə iş gedir, onun da beş illik olacağı ehtimal edilir.
Yeni sərnişin vaqonlarından 2015-ci ildə tam işə salınması planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra istifadə olunacaq. İşçi tərkibdə dəmiryol magistralının işə salınması bu ilin sonuna nəzərdə tutulub.
Şöbə rəhbəri deyib ki, layihə çərçivəsində işlər həm Gürcüstan, həm də Türkiyə ərazisində başa çatma mərhələsindədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info