İsa Həbibbəyli: “Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Naxçıvanın xüsusi yeri var”
Tarix: 11.06.2014 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbiri açan institutun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva elmi sessiyanın Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2014-cü il 14 yanvar tarixli Sərəncamına əsasən təşkil edildiyini bildirib. G.Baxşəliyeva qədim tarixə malik Naxçıvanın Azərbaycan dövlətçiliyi tarixində xüsusi yeri olduğunu qeyd edib. O, naxçıvanlıların daim milli mübarizədə ön sıralarda olduğunu bildirib, bu qədim diyarın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu vurğulayıb. Direktor müasir dövrdə ulu öndər Heydər Əliyevin dönməz iradəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında üç rəngli bayrağın Azərbaycanın dövlət rəmzi kimi qəbul edilməsinin ölkəmizdə müstəqil dövlətçiliyə misilsiz tarixi xidmətin ifadəsi olduğunu diqqətə çatdırıb.
Orta əsr mənbələrində Naxçıvan haqqında ətraflı məlumatlara rast gəlindiyini qeyd edən G.Baxşəliyeva bildirib ki, institutun profilinə uyğun olaraq bu elm müəssisəsində həmişə görkəmli alim və mütəxəssislər tərəfindən qədim diyarın tarixinə və tarixi coğrafiyasının araşdırılmasına dair mühüm elmi tədqiqat işləri aparılıb.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, Azərbaycanın çoxəsrlik dövlətçiliyi tarixində Naxçıvanın xüsusi yeri var. Naxçıvan tarixin ən müxtəlif dövrlərində, minilliklər boyu Azərbaycanın cənub-qərb ərazilərinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi uğrunda həmişə mübarizə aparıb.
Akademik tarixi faktlara əsaslanaraq Naxçıvanın zəngin və qədim tarixi, mədəniyyəti və müasir inkişafı ilə bağlı ətraflı məlumat verib.
İsa Həbibbəyli qədim Naxçıvan diyarının, tarixinin, onun tarixi coğrafiyasının öyrənilməsi istiqamətində Gəmiqayada beynəlxalq ekspedisiya tərəfindən yerli və xarici mütəxəssislər tərəfindən aparılmış elmi-tədqiqat işləri barədə də ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə AMEA-nın Naxçıvan Bölməsinin yaradılması bu diyar haqqında yeni tədqiqatların yerli materiallar və aparılmış ekspedisiyalar nəticəsində yeni əsərlərin ərsəyə gəlməsi ilə nəticələnib. Akademik Naxçıvan sözünün etimologiyası haqqında da tarixi faktları diqqətə çatdırıb. Naxçıvanın misilsiz tarixi nailiyyətlərə imza atdığını xüsusilə vurğulayan akademik Naxçıvan Muxtar Respublikasının yaranmasının və keçdiyi şərəfli yolun Azərbaycan dövlətçiliyinin tarixi nailiyyəti olduğunu bildirib. İsa Həbibbəyli bu gün ölkəmizin digər bölgələri kimi, muxtar respublikanın da sürətlə inkişaf etdiyini xüsusi vurğulayıb, Naxçıvanı möhtəşəm Yeni Azərbaycanın parlaq bir əsəri kimi səciyyələndirib, ölkə rəhbərliyinin diqqət və qayğısı, muxtar respublika rəhbərliyinin yorulmaz fəaliyyəti nəticəsində daha da inkişaf etdiyini qeyd edib.
Sonra iştirakçıların “XVI yüzilliyin sonunda Osmanlı sənədlərinə görə Naxçıvan”, “Leksikoqrafiya sahəsində Fəxrəddin Hinduşah Naxçıvani və Məhəmməd bin Hinduşah Naxçıvaninin xidmətləri” mövzularda məruzələri dinlənilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info