Tələbələrimiz Astanda keçirilən olimpiadada uğur qazanıblar
Tarix: 11.06.2014 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Qazaxıstanın Astana şəhərində Nazarbayev Universitetində keçirilən "IT-Universe" İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasının 2014-cü il final mərhələsi artıq başa çatıb. Müsabiqədə Azərbaycan, Belarus, Qazaxıstan və Ukraynanın 35 universitetindən 100-ə yaxın tələbə iştirak edib.
Tədbirdə ölkəmizi "IT-Universe" İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasının Azərbaycan üzrə Milli Olimpiya Komitəsinin sədri, Qafqaz Universitetinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi altında "Proqramlaşdırma" müsabiqəsində Qafqaz Universitetinin iki tələbəsi, "Ən yaxşı innovasiya diplom işi" müsabiqəsində Memarlıq və Azərbaycan İnşaat Universitetinin bir tələbəsi təmsil edib. "Alqoritmik proqramlaşdırma" müsabiqəsində Qafqaz Universiteti Kompüter Mühəndisliyi Bölməsinin tələbəsi Məhəmməd Vəliyev bürünc medal qazanıb, Elmi Əhmədov isə fərqlənmə diplomu ilə təltif edilib. "Etibar Seyidzadənin sözlərinə görə, "Ən yaxşı innovativ diplom işi" müsabiqəsində isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və İnformasiya Texnologiyaları ixtisasının tələbəsi Namet Məmmədzadə gümüş medal qazanıb. Olimpiadanın bütün mükafatçıları diplomlar, medallar və olimpiadanın əsas sponsorları olan "Samsung" və "D-link" firmalarının qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Qeyd edək ki, "IT-Universe" İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadası 2013-cü ildən keçirilməkdədir. Bu olimpiada professionallıq, informasiya texnologiyalarının (İT) inkişaf etdirilməsinə və onların səmərəli tətbiqinə, cəmiyyətin İT-dən istifadəsi prosesinin yaxşılaşdırılmasına istiqamətlənib. "Birlikdə İT dünyası quraq!" - olimpiadanın əsas şüarıdır.
Olimpiadanın əsas məqsədi gənc İT-mütəxəssislərin hazırlanması sisteminin keyfiyyətini artırma məsələsi üzərində biznes, təhsil və hökumətin birgə işi, həmçinin Azərbaycan Respublikası, Belarus Respublikası, Ukrayna, Qazaxıstan Respublikası və İT-Olimpiadaya qoşulan digər dövlətlərin fəal və istedadlı gənclərinə dəstək verməkdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info