Əlil və şəhid ailələri üçün mənzil satınalınması tenderi keçirilir
Tarix: 11.06.2014 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhəri və ətraf qəsəbələrdə yeni mənzillərin satınalınması ilə əlaqədar açıq tender keçirir. Nazirlər Kabinetinin 2014-cü il ildə ƏƏSMN-ə ayırdığı investisiya bölgüsünə uyğun olaraq keçirilən tender bu məqsədlə ümumilikdə təxminən 6250 m² sahəni əhatə edəcək mənzillərin alınmasını nəzərdə tutur.
Tenderin şərtlərinə görə, əlilliyi olan şəxslərə veriləcək mənzillərin daxili sahəsinin bölgüsü və təmiri onların fiziki vəziyyətinə və şəxsi tələbinə uyğun aparılmalıdır. Əlil arabasında olan əlillər üçün mənzillərin ümumi otaqları layihələndirilərkən əlil arabasının hərəkəti, habelə 180 dərəcə dönməsinin mümkünlüyü nəzərə alınmalı, mənzildaxili dəhlizin eni 1,15 sm-dən az olmamalıdır. Tualet və vanna otaqlarının planlaşdırılması, onlarda avadanlığın yerləşdirilməsi əlilin fiziki vəziyyətinə uyğun aparılmalı, tualet və vanna otağının qapıları dəhlizə açılmalıdır. Eyni zamanda, tender əlilliyi olan şəxslərə veriləcək mənzillərin olduğu binalara aid ərazidə əlil arabasının maneəsiz və rahat gediş-gəlişini təmin edən şəraitin, eləcə də binaya, liftə və mənzilə girişin bir səviyyədə olmasını tələb edir. Digər tələblər sırasında binanın giriş mailliyinin 5 dərəcədən çox olmayan pandusla təmin edilməsi, pandusların əvvəli və sonunda 150 sm eninə üfüqi sahə verilməsi, pandusun hər iki tərəfindən 8 sm-dən az olmayan və hündürlüyü 70 və 90 sm olan bir cüt tutacağın quraşdırılması əksini tapır. Bununla yanaşı, binadan və ümumi dəhlizdən qapılar çıxış istiqamətində açılmalı, binanın lift kabinəsinin qapı boşluğunun eni 85 sm-dən az olmamalıdır. Əlillərin rahat hərəkətini təmin etmək məqsədilə binanın yaxınlığında maneələr götürülməli, əlil arabalarının hərəkəti üçün səkilərin və piyada yollarının mailliyi 5 dərəcədən, eninə isə 1 dərəcədən artıq olmalıdır.
Ümumilikdə tələb olunan mənzillərin və əhatə etdiyi sahənin hansı hissəsinin əlilliyi olan şəxslərin istifadəsinə verilməsi yekun müqavilə imzalanmamışdan əvvəl müəyyən ediləcək. Satın alınan mənzillər sifarişçinin tələbinə uyğun olaraq təmirli olmalı, mənzillərin su, qaz və elektrik təchizatı təmin edilməli və sayğaclaşdırılmalıdır.
Onu da bildirək ki, müvafiq hüquqi və fiziki şəxslərin tenderdə daha geniş tərkibdə iştirakının təmin olunması və daha keyfiyyətli işlərin aparılmasına xidmət edəcək çoxtərəfli rəqabət mühitinin yaradılması məqsədilə tenderin müddətinin uzadılması qərara alınıb. Belə ki, tender üzrə hüquqi sənədlərin təqdim olunma müddəti 2 iyul 2014-cü ilədək, tender təkliflərinin təqdim olunma müddəti isə 8 iyul 2014-cü ilədək davam edəcək. Tender təkliflərinin açılış tarixi isə 9 iyul 2014-cü il tarixədək uzadılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info