“İnosmi.ru”: “Dünyada iqtisadi güc mərkəzi Asiyaya keçir”
Tarix: 11.06.2014 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Rusiyanın “İnosmi.ru” saytı dünyada iqtisadi güc və istehsal mərkəzinin Asiyaya doğru dəyişməsindən yazıb. Yazıda qeyd edilir: “Biznes iqtisadi güc olan yerə gedir. 1920-ci illərdə dünya birbaşa investisiyalarının 40 faizi Britaniya biznesinə aid idi. Amma 1967-ci ildən ABŞ liderliyi ələ aldı və dünya birbaşa investisiyalarının 50 faizini əlində cəmləşdirdi. Bu quru rəqəmlərin arxasında isə nə qədər qəribə olsa da, mədəni inqilab dayanır. Britaniyalılar teleqrafı tətbiq etdilər və Latın Amerikasında dəmir yolu tikdilər. Amerikan biznesi isə Hollivud və reklamlar vasitəsilə yaxşı həyat ideyasını verib. “Kellogg’s” şirkəti varlıların ənənəvi səhər yeməyini, Kodak isə onların bayram yaddaşlarını dəyişdi. İndi isə Asiyada baş verməkdə olan korporativ inqilabın növbəsidir. O da əvvəlkilər kimi bizim dünyanın həyatını dəyişəcək. Asiya kapitalizminin bu gün əzələlərini şişirtməsi görünən faktdır. 1984-cü ildən Asiyanın dünya Ümum Daxili Məhsulunda payı 20 faizdən 28 faizə qədər artıb. Bura dünya istehsal fabriki, çox obrazlı regiondur. Burada rəqiblər qarşılıqlı çatdırılmaların ümumi zənciri ilə bağlıdırlar. Amma Britaniya ekspertləri qeyd edirlər ki, bu nəhəng orqanizmdə qlobal təfəkkür və dərketmə yoxdur.
Bu gün Asiya qara metalın dünya üzrə 76 faizini istehsal edir və onun payına çirkləndirici tullantıların 44 faizi düşür. Bununla bərabər, dünyanın tanınmış brendlərinin və elmi-texniki müəssisələrin 10 faizi bu regionla assosiasiya olunur. Asiya transmilli şirkətləri özlərinin gücündən zəif yararlanır. Dünya birbaşa investisiyalarının 17 faizi onlara mənsubdur. Varlı Yaponiya və Cənubi Koreyada “Toyota” və “Samsung” kimi superulduzlar var. Amma digər şirkətlərdən çox azı dünya arenasında öncüllər sırasında qeyd edilə bilər.
Britaniya ekspertləri hesab edirlər ki, bu Asiya kapitalizminin həddindən artıq “evdar” olmasının nəticəsidir. 2002-2010-cu illərin iqtisadi bumu zamanı daxili bazarda gəlir asan əldə olunurdu, bu da iqtisadi artımın yüksək tempdə olmasına səbəb oldu, bununla yanaşı işçi qüvvəsi və kreditlər ucuz qaldı. Asiyanın böyük şirkətlərindən üçdə ikisi dövlət və ya “kommersiya evləri” tərəfindən nəzarət olunur. Biznesdə hökmranlıq edən qruplar hökumətlərlə çox yaxındırlar və çox ucuz torpaq və istiqrazlar alırlar”.
Yazıda o da qeyd edilir ki, Asiya şirkətləri daha aktiv və qlobal olmaq üçün “ağıllanmağa” üstünlük verməlidir.
Qeyd edilir ki, şirkətlər hazırda özlərinin daxili bazarlarında özlərini əvvəlki kimi komfort və rahatlıqda hiss etmirlər. Asiya şirkətləri adaptasiya olunmağa və güclərini artırmağa başlayıblar. Regionda yeni ticari-istehsal tendensiyaları yaranıb.
Ekspertərin qənaətincə, Hindistan və İndoneziyanın aparıcı şirkətləri də sürətlə tərəqqi edirlər.
Sürətlə böyüyən şirkətlər arasında Çinin “Alibaba” adlı internet şirkətinin adı da çəkilir. Ekspertlər proqnozlaşdırırlar ki, onun dəyəri 150 milyard dollara çata bilər. Bu isə Çinin bütün peyk sənayesinin dəyərindən artıqdır. Həmçinin Çinin “China Mobile”, “Xi Guohua” və sair şirkətlərinin layihələri və istehsalı da güclənməkdədir. Həmçinin Çinin “Huawei” şirkəti “Ericsson”u telekommunikasiya cihazlarının istehsalının həcminə görə ciddi bir şəkildə keçib. Çin «Facebook»u — “Tencent” futbolçu Leonil Messini xaricdə öz xidmətləri ilə bağlı reklam üçün istifadə edir. Hindistan “Sun Pharma”sı bu gün dünyada ceneriklərin ən böyük istehsalçısıdır. Hindistanın “Tata Sons”u isə birinci dərəcəli İT şirkəti və lüks avtomobil istehsalçısı olub: “Tarix göstərir ki, istehlakçılar tez adaptasiya olunurlar. İyirmi ildən sonra Yaponiya qocalığa qarşı möcüzəli dərman buraxacaq, Hindistan – gözəl internet əlavələri, Çin isə dəbli geyimlərlə yadda qalacaq. Düyü sıyığı olan konci, dosa blinçikləri dünyada haçansa öncül olmuş qarğıdalı dənələri ilə rəqabətə girəcək. Asiya kapitalizmi bizim dünyanı və hətta, bizim səhər yeməyimizi də dəyişəcək”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info