“Bu il ölkə turizmində əvvəlki illə müqayisədə 9-10 faiz artım olacaq”
Tarix: 12.06.2014 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Yay turizm mövsümünün başlanması ilə bağlı bu sektorda hər zaman bir canlanma müşahidə olunur. Ölkəmizdə mövsümlə əlaqədar bir sıra tədbirlərin həyata keçirildiyini deyən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu istiqamətdə görüləcək işlərin davam etdiriləcəyini vurğulayıb. Biz də mütəxəssislərin yay turizm mövsümü ilə bağlı proqnozları və bu sahədə hansı vacib tədbirlərin həyata keçirilməsi ilə əlaqədar fikirlərini öyrəndik.
Azərbaycan Turizm İnstitutunun Turizm biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalov bildirdi ki, əvvəlki illərə nisbətən bu il ölkə daxilində istirahətə üstünlük verənlərin sayında artım olacaq: “Bunu deməyə əsas verən amillər-mövcud istirahət mərkəzlərində xidmətlərin çeşidinin və keyfiyyətinin artması, yeni istirahət mərkəzlərinin açılması və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də qeyd etdiyi kimi fərqli qiymətlərdir. Yəni adambaşına günlük istirahət xərci 25 manatla-300 manat arasında dəyişir. Digər tərəfdən-Ukraynada baş verən son hadisələrin nəticəsində ölkəmizə MDB ölkələrindən istirahət və sağlamlaşdırma məqsədilə gələnlərin artacağını düşünürəm”.
B.Bilalov onu da bildirdi ki, yarımillik hələ bitməyib, yəni iyun ayı da yarımilliyə aiddir və nazir də qeyd edir ki, turistlərin sayında azalma yoxdur, stabildir, ola bilsin ki, əvvəlki ilə nisbətən 2-3 faizlik artım olacaq. Yəni, daha dəqiq rəqəmləri iyul ayının sonunda söyləmək mümkün olacaq. Bildirildi ki, ümümilikdə dünya üzrə statistikaya nəzər salsaq illik artım 4-5 faiz təşkil edir: “Ola bilsin ki, ilk yarım ildə ölkəmizdə artım qeyd edilən rəqəm olsun, lakin ikinci yarımillikdə bu rəqəmin artacağını düşünürəm. Fikrimcə, bu il ölkə turizmində artım əvvəlki illə müqayisədə 9-10 faiz təşkil edəcək”.
Bu istiqamətdə görüləcək işlərə gəlincə, mütəxəssis hesab edir ki, istirahət mərkəzləri, otellər, bölgələrdəki turizm-informasiya mərkəzli, rayon icra hakimiyyətləri hər bir bölgənin reklamını təşkil etmək üçün səylərini daha da gücləndirməli, təqdim edilən xidmətlərin çeşidi artırılmalı, turistlərin diqqətini cəlb etmək üçün müxtəlif üsullardan istifadə edilməlidir. O da vurğulandı ki, nazirin də qeyd etdiyi kimi, son dövrlərdə 3 ulduzlu otellərin tikintisi dəstəklənir: “Bakı şəhərində son dövrlərdə istifadəyə verilən 3 ulduzlu otellərin sayı get-gedə artır. 4 ulduzlu otellərin qiymətində də endirimlər müşahidə olunur. Hesab edirəm ki, Avropa Olimpiya oyunlarının təşkilat komitəsi bu beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsini təşkil edəcək”.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov isə bildirdi ki, respublikada 6-7 turizm regionu olsa da, turistlər daha çox üç regiona üstünlük verirlər. Bunlar şimal-şərq (Quba, Qusar, Xaçmaz), şimal-qərb (Şamaxı, Qəbələ, Şəki, Zaqatala) və cənub zonasıdır (Lerik, Astara, Masallı). Statistikaya görə, turistlər daha çox şimal-şərq rayonlarına səfər edirlər. Hər zona üzrə turist xidmətlərinin qiymətlərinin fərqləndiyini bildirən AzTA rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycanın bölgələrinə həm yerli, həm də xarici turistləri daha çox cəlb etmək üçün qiymətlərin aşağı salınmasını tövsiyə edir: “Bizdə olan məlumatlara görə, regionlarda turizm xidmətlərinin qiymətləri ötən illə müqayisədə yaxşıdır. Belə ki, yemək daxil olmaqla, 25-30 manata bəzi hotellərdə yerləşmək mümkün olacaq”. Bildirildi ki, bu qiymətə əsasən şimal və şimal-şərq zonasında dincəlmək mümkün olacaq. Hərçənd turizm obyektlərində təklif edilən yeməklərin qiymətləri yenə bahadır: “Biz də tövsiyə edirik ki, turistlərin daha çox gəlməsi üçün yeməklərin qiymətləri onların ciblərinə uyğun olsun. Bu, turistin gündəlik xərclərini də azaldar”. Turizm obyektlərində qonaqlara təklif edilən əlavə xidmətlərə gəlincə, mütəxəssis deyir ki, onlar turistlər üçün müxtəlif ekskursiyalar, əyləncəli proqramlar təşkil etməlidirlər: «Yerlərdə turistləri maraqlandıran mərasimlər, çay dəstgahları təşkil oluna bilər. Məsələn, Qəbələdə şərab, Şəkidə şirniyyat dequstasiyası etmək olar». Söhbət əsnasında Bakı-Abşeron zonasında keçirilən monitorinqin ilkin nəticələrindən danışan Müzəffər Ağakərimovun sözlərinə görə, hotellərdə vəziyyət ümumən qənaətbəxş qiymətləndirilsə də, bəzi nöqsanlar aşkarlanıb. Əsas nöqsanlar kadr potensialı ilə bağlıdır. Kadrlar zəif olduqda xidmət səviyyəsi də zəif olur. Buna görə də hotellərdə kadr potensialını gücləndirmək ən vacib şərtdir: “Elə hotellər var ki, ulduzlarının sayına uyğun xidmət göstərmirlər. Onların ulduzlarının sayına uyğun avadanlıqları, ləvazimatları yoxdur, sanitar-gigiyenik şəraiti tələblərə tam cavab vermir. Həmin hotellərin siyahısı hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib. Monitorinqin nəticələrinə uyğun olaraq nazirliyə bir necə 3 və 4 ulduzlu hotelin ulduzunun sayının azaldılması təklifini də göndərmişik. Həmin hotellər əsasən Abşeron yarımadasında yerləşir. Onlar mövsümdən mövsümə işləyir, ona görə də bu cür problemlər yaranır». Turizm şirkətləri ilə bağlı nəticəyə gəldikdə, AzTA rəsmisinin fikrincə, onlarda bələdçilərin sayının artırılmasına ehtiyac var. Bunun üçün müxtəlif dillərdə danışa bilən ekskursiya bələdçiləri hazırlanmalıdır: «Bu istiqamətdə işlər aparılacaq. Hazırda monitorinqin nəticələri Mədəniyyət və Turizm Nazirliyinin ekspertləri tərəfindən araşdırılır».
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info