“Kiyev qazın qiyməti üzrə təklifi rədd etsə...”
Tarix: 12.06.2014 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


“Ukrayna Rusiyanın qazla bağlı təklifini rədd edərsə, o zaman münasibət başqa mərhələyə keçəcək”. “RİA Novosti”nin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib. V.Putin hökumət üzvlərinin iştirakı ilə keçirilən iclasda bildirib: "Hesab edirəm ki, təklifimiz tərəfdaşlıqdan daha artıqdır və Ukrayna iqtisadiyyatını çətin dövründə dəstəkləməyə yönəlib. Əgər təklifimiz rədd edilsə, deməli, biz tamamilə başqa mərhələyə keçəcəyik. Bu bizim seçimimiz deyil, biz bunu istəmirik. Əgər belədirsə, onda başqa ölçülərdə yaşayacağıq".
Onun sözlərinə görə, Rusiya Ukraynaya Viktor Yanukoviçin hakimiyyəti dövründə olduğu kimi qaz üzrə qiymətlər təklif edib - müqavilə qiymətinə endirim və min kubmetrə 385 dollar yekun qiymət. Bütün endirimlərin ləğvindən sonra Ukrayna üçün Rusiya qazının indiki qiyməti min kubmetr üçün 485 dollar təşkil edir. Kiyev Ukraynanın əvvəlki hakimiyyəti ilə keçən ilin sonunda əldə olunmuş bir sıra iqtisadi razılaşmalar paketindəki bu ilin birinci rübündə qüvvədə olmuş min kubmetr üçün 268,5 dollar qiyməti qaytarmağı tələb edir. Rusiya tərəfi 268,5 dolları qətiyyən bazar qiyməti hesab etmir. Avropa Komissiyası qiymətlərin 350-380 dollar civarında müəyyən edilməsini təklif edir ki, bu da Avropa bazarında qazın qiymətinə uyğundur.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Şəhidlərimiz təsdiq etdi ki, Azərbaycan təkcə torpaq deyil, həm də Vətəndir
20.01.2019
Biz, həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq
19.01.2019
Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır
19.01.2019
1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
19.01.2019
Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info