“Rusiyanın fond bazarı bərpa olunur”
Tarix: 12.06.2014 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


İngiltərənin "The Financial Times" nəşrinin məlumatına görə, Rusiya Krımı tərkibinə qatdıqdan sonra ölkənin maliyyə bazarlarında yaranmış süqut yenidən çəkilməkdədir.
Bununla belə, əhali arasında yaşanan narahatlıqlara rəğmən, investorlar yenidən borc və səhmlərini geri almağa başlayıblar. Bazar ertəsi Rusiya fond bazarının göstəriciləri əvvəlki templə davam etmiş və son nəticədə Ukraynanın yeni prezidenti Poroşenko ilə sülh danışıqları fonunda böhrandan əvvəlki səviyyəsinə qayıdıb. Qeyd edək ki, ölkənin fond indeksi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç ölkəni tərk etdiyi dövrdə demək olar ki,16.8 faiz itirdi. Rusiyanın Şərqi Ukraynadakı tədbirlər haqqında narahatlıqları, eyni zamanda, Amerika Birləşmiş Ştatları və Avropa Birliyi tərəfindən mümkün sanksiyalar Rusiya səhmlərinin və dövlət istiqrazlarının milyardlarla investorlarını məcburiyyət qarşısıda qoydu.
«Rusiya iqtisadiyyatı fond bazarında inkişaf etməkdə olan ölkələr arasında ən pis nəticələri göstərir”- “Fidelity Worldwide” investisiyaların portfel meneceri Ayeşa Akbar bu fikirdədir. O deyib: “Lakin, bir çox investorlar Ukraynadakı vəziyyətti qiymətləndirmək və katirovkaya diqqət ayırmaq iqtidarındadır».
Əvvəllər Rusiya ilə borc öhdəliklərinin sayını azaldan inkişaf etməkdə olan bazarlarla məşğul olan «Blackrock» şirkəti isə etiraf edir ki, Rusiya fond bazarı alınması üçün yaxşı imkanlar təklif edir. Rusiya öz qoşunlarını Ukraynanın bir sıra sərhədlərindən uzaqlaşdırsa da, ölkədə vəziyyət mürəkkəb olaraq qalır. Lakin bununla belə, iki ölkə prezidentinin- Poroşenko və Putinin Fransadakı görüşü vəziyyətin yaxşılığa doğru inkişaf edəcəyi ümidini verir. Bütün bunlarla yanaşı, Rusiya qlobal kapital bazarında hər hansı bir dövlət borcundan azad şəkildə çıxış etməyə çalışsa da, analitiklərə görə, Rusiya bu il valyuta istiqrazlarını sata bilər. Lakin , bütün hallarda borclar üzrə məsrəflər yüksək olaraq qalır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info