Auditoriyadan müstəqil həyata
Tarix: 12.06.2014 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində ənənəvi məzun günü keçirildi. Universitetinin rektoru, professor Saleh Məhərrəmov Azərbaycanda elmin, təhsilin inkişaf strategiyasindan danışraq muxtar respublikada gənclərin ali təhsil alması, yerli kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs etdi.
Rektor, elm, təhsil, mədəniyyət, idman sahəsində qazanılan uğurlara nəzər saldı, tələbəlik illərinin insan ömrünün ən məsuliyyətli, şərəfli illəri olduğunu söylədi. Bildirildi ki, 2013-2014-ci tədris ilində universiteti bakalavr pilləsi üzrə 958, magistratura üzrə 168 nəfər bitirir, 210 nəfər tələbə isə ikinci ali təhsilini tamamlayır. Builki məzunlardan 63 nəfəri xarici ölkə vətəndaşıdır. Muxtar respublika rəhbərliyi tərəfindən məzunların ixtisaslı kadr kimi işlə təmin olunmasına xüsusi qayğı göstərilir. Rektor, məzunlara gələcək fəaliyyətlərində nailiyyətlər, mənsub olduqları xalqı, dövləti ləyaqətlə təmsil etmək arzuladı, təhsil aldıqları ali məktəbin adını doğruldacaqlarına inandığını bildirdi.
Məzun günü İncəsənət fakültəsinin, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın rəhbərlik etdiyi Tələbə Teatr Studiyasının hazırldığı rəngarəng konsert proqramı ilə davam etdi. İncəsənət fakültəsinin xalq çalğı alətləri ansamblının müşayiəti ilə Zeynəb Yusifova, Bəhruz Quliyev, Nigar İbrahimova və digərlərinin ifasında mahnılar səsləndi. Vokal qrupunun məzun tələbələrlə birgə ifa etdikləri “Tələbəlik illəri” mahnısı, gürcü tələbələrdən ibarət rəqs qrupunun təqdim etdiyi rəqslər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratdı. Yekunda son zəngin sədaları altında məzun simvolu olan 4 künclü akademik keplərin atılması mərasimi keçirildi, xatirə şəkilləri çəkdirildi.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info