Bakı Ali Neft Məktəbinin rəhbər heyəti beynəlxalq toplantıda iştirak edib
Tarix: 12.06.2014 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektor Ramiz Hümbətov Fransanın "Total" şirkətinin dəvətilə "Total Enerji və Təhsil" beynəlxalq toplantının işində iştirak ediblər.
Bakı Ali Neft Məktəbinin mətbuat xidmətindən bildiriblər ki, Parisdə təşkil olunmuş və dünyanın 50 ölkəsinin 80 neft-qaz təmayüllü qabaqcıl universitetlərinin rəhbər işçilərinin və professor-müəllim heyətinin nümayəndələrinin iştirak etdiyi toplantı bir həftə davam edib.
Tədbirin birinci hissəsi hazırkı vəziyyətdə dünya əhalisinin artması və sənaye sahələrinin inkişafı ilə bağlı enerji resurslarına olan tələbatlar və "Total" şirkətinin onları necə qarşıladığını nümayiş etdirən məruzələrin müzakirəsinə həsr olunub. Şirkətin baş iqtisadçısı Pyer Siqone, insan resursları üzrə baş vitse-prezidenti Françoys Viaud, strateji biznes inkişafı və mühəndislik üzrə baş vitse-prezidenti Olivye de Lanqavat, davamlı inkişaf və ətraf mühit üzrə vitse-prezidenti Jerom Şmitt, geoloji təlim və texniki kəşfiyyat üzrə vitse-prezidenti Olivye Dubrul, strategiya və uzunmüddətli planlaşdırma, emal və kimya məhsulları üzrə vitse-prezidenti Bertran Nusbaumer, strateji planlaşdırma, bazar intellekti və perspektivlər üzrə məsul şəxs Françoys İoos, proqnozlaşdırma, istehsalatlarla əlaqələr və kommunikasiya üzrə baş vitse-prezident Arnaud Şaperon, elmi inkişaf üzrə baş vitse-prezident Jan-Françoys Minster müvafiq sahələrin inkişafı üzrə nəzərdə tutulan tədbirləri təqdim ediblər.
Tədbirin ikinci hissəsi işəgötürmə və təhsil məsələlərinə həsr olunub. Bu məsələlərlə bağlı "Total"ın universitetlərlə əlaqələr şöbəsinin rəhbəri Monika Simon, təhsil üzrə baş korporativ menecer Lui Spozito və Total Professorlar Assosiasiyasının prezidenti Filip Persilon məruzə ediblər.
Toplantı iştirakçıları üçün "Total" şirkətinin Fransanın Pau şəhərində elmi texniki mərkəzinə səfər təşkil edilib və orada şirkətin bir sıra ölkələrdə həyata keçirdiyi iri hasilat layihələri, qazmada çuxur nümunələrinin hərtərəfli tədqiqatı laboratoriyası və seysmik verilənlərin emalı və yatağın modelləşdirilməsi üçün "Pangea" yüksək - qabiliyyətli hesablama sistemi ilə tanışlıq baş tutub.
Tədbir çərçivəsində iştirakçılar 5 qrupa bölünüb və onların arasında "Tələbələrin arzuları", "Enerji sektorunun tələbələr üçün cəlbedici olması", "Dünya təhsilində evolyusiya", "Total" kimi şirkətlərin təhsilin inkişafına verəcəyi töhfələr", "Rəqəmli inqilab"ın imkanlarından universitetlər necə bəhrələnməlidirlər?", "İri şirkətin təhsil sahəsində müxtəlif ölkələrdə hansı məsuliyyətinin olması", "Yaxın 10 ildə universitetləri nə gözləyir?" kimi mövzular ətrafında dəyirmi masalar təşkil olunmuş, müzakirələr nəticəsində müvafiq tövsiyələr işlənib hazırlanıb və tədbirin sonuncu günündə bütün iştirakçıların diqqətinə çatdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info