“Euronews“ Azərbaycanın naftalan neftinə süjet həsr edib
Tarix: 12.06.2014 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Azərbaycanın yeraltı sərvətlərindən biri naftalan neftidir və ondan benzin kimi yox, Naftalan şəhərinin sanatoriyalarında istifadə olunur. Bu barədə "Euronews" telekanalının Azərbaycanın müalicə ocaqlarından bəhs edən süjetində deyilir.
Süjet müəllifi danışır ki, "qara qızıl"da çimmək insanı sağlamlaşdırır və hələ karvanlar dövründə bu barədə bilirdilər.
Süjetdə deyilir: "Naftalan tərkibində yandırıcı maddələr olmayan nadir neft növüdür. Qeyri-adi vannalar əsasən xroniki dəri, oynaq xəstəlikləri zamanı təyin olunur".
"Çinar Hotel"in baş həkimi Xurşid Namazəliyevanın sözlərinə görə, naftalan ağ neft və benzin kimi yüngül fraksiyaların olmadığı, qatranlı, parafinsiz, az kükürdlü neftdir. O, qan dövranına daxil olur, qan hüceyrələrini gücləndirir və xəstə orqanda qan axınını gücləndirərək onun gücünü artırır. Süjetdə deyilir ki, təəccüblü deyil ki, bir vaxtlar bütün sovet elitası burada olub.
Süjet müəllifi bildirib: "Naftalanda ilk sanatoriya 1929-cu ildə yaranıb. Yeri gəlmişkən, hələ 13-cü əsrdə yerli neftin müalicəvi xüsusiyyətləri haqqında Marko Polo da danışıb".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info