“Gələcəyə Körpü” hesabat verdi
Tarix: 12.06.2014 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi 2014-cü ilə uğurla start verib. Belə ki, təşkilat ilin ilk yarısında bir çox beynəlxalq və yerli layihələrə ev sahibliyi edib, xarici ölkələrdə ölkəmiz təmsil olunub, o cümlədən gənclər üçün təlimlər, seminarlar, əhəmiyyətli günlərdə tədbirlər həyata keçirib.
11-21 fevral tarixində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Beynəlxalq Ana Dili günü münasibətilə “Mənim Ana Dilim” adlı inşa müsabiqəsi həyata keçirib. 40-a yaxın gənc öz inşaları ilə müsabiqədə iştirak edib. Müsabiqənin təşkil edilməsində əsas məqsəd Azərbaycan dilinin düzgün yazı qaydalarından istifadə edərək, gənclərin özünüifadə bacarığını inkişaf etdirmək olub.
Birliyin Proqram Meneceri Seymur Vəliyev 9-12 Mart 2014–cü il tarixlərində Litvanin Kaunas şəhərində Gənclərin Anlaşması və Mübadiləsi (YEU-Youth for Exchange and Understanding International) şəbəkəsinin idarə heyətinin görüşündə iştirak edib. Seymur Vəliyev 1 dekabr 2013-cü il tarixində Portuqaliyanın Olhao şəhərində baş tutan seçkilərdə qalib gələrək Avropanın Gənclər siyasətinin formalaşmasında öz əvəssiz tövhəsini verən, o cümlədən təxminən 50 təşkilatın üzv olduğu "Gənclərin Anlaşması və Mübadiləsi" (YEU) Beynəlxalq Şəbəkəsinin İdarə Heyyətinə bir il müddətinə seçilmiş 3 nəfərdən biridir.
7-10 Mart 2014-cü il tarixlərində Beynəlxalq iş düşərgələri üzrə koordinatoru Turan Əhmədov Türkiyənin Antalya şəhərində baş tutan Avropa Könüllülük Xidməti Təşkilatları Alyansının Texniki görüşündə iştirak edib. Birliyin koordinatoru görüş zamanı 50-dən artıq təşkilatın nümayəndəsi ilə müzakirələr edib, yeni əməkdaşlıq müqavilələri imzalayıb.
Birliyin təşkilatı dəstəyilə Gəncə şəhərində həyata keçirilən 8 ölkənin nümayəndəsinin iştirak etdiyi, “Daxili və xarici hüdudlar çərçivəsində mədəniyyətlərarası anlaşma” adlı beynəlxalq layihənin iştirakçısı olan gənclərə “Gəncə Avropa Gənclər Paytaxtı -2016”nın təqdimatı keçirilib. Görüşdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və komitə üzvü Səbinə Sadıxova, Avopalı Gənclərə “Gəncə Avopa Gənclər Paytaxtı-2016” layihəsi haqqında məlumat verib, Avropalı gənclərin müsabiqə ilə bağlı suallarını cavablandırıblar. Gələcəkdə 2016 Gənclər Paytaxtı ilində həyata keçiriləcək olan layihələr qeyd olunub.
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Baş Katibi, 2014-cü il üçün JCI Gəncə üzrə regional prezidenti Hakim Ələsgərov 9-13 Aprel tarixində JCI (JUNIOR CHAMBER INTERNATIONAL) Beynəlxalq İstanbul Sammitində Azərbaycanı təmsil edib. JCI və BMT həftəsi çərçivəsində Sammit iştirakçıları JCI Beynəlxalq Mədəniyyət Sammiti, JCI-ın 100 illik musiqisi, BMT-nin MİM (Minilliyin İnkişaf Məqsədləri) Qruplararası müsabiqəsi, PR və KİV peşəkarlığı kimi mövzularda müzakirələr, fikir mübadilələri aparılıb.
9-14 aprel tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndə heyətinin Yunanıstana rəsmi səfəri baş tutub. Səfərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın əməkdar artistləri, Azərbaycan Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin nümayəndələri, və həmçinin Gəncə Avropa Gənclər Paytaxtı 2016 nümayəndələri Birliyin Proqram Meneceri Seymur Vəliyev və Aysun Zeynalova iştirak ediblər.
“Gələcəyə Körpü” 12-20 may tarixlərində Gəncə şəhərində Gəncə şəhər İcra Hakmiyyətinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə” proqramının və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyilə “İctimai işlərdə aktivlik – Vətəndaşlıq təhsili” adı altında beynəlxalq təlim kursu həyata keçirib.
Təlim kursu Gəncə Avropa Gənclər Paytaxtı 2016 çərçivəsində Azərbaycan, Xorvatiya, Gürcüstan, Ukraniya, Latviya, Polşa, Çex Respublikası, Almaniya, İtaliya, Rumuniya və Türkiyə olmaqla ümumilikdə 34 nəfər gəncin iştirakı ilə keçirildi. Belə ki, 17 may 2014 cü il tarixində yerli və Avropa gənclərinin iştirakı ilə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin təqdimatının keçirilməsidə nəzərdə tutulub.
Birlik Prezident yanında Gənclər Fondunun Fərdi layihələr kateqoriyası üzrə qalib olan “Öz layihəni yarat!”, “Fotoklub”, “Zərərli vərdişdən- Zəruri vərdişə” “Könüllü fəaliyyət Gənclərin gözündə” adlı foto sərgi kimi layihələrin həyata keçirilməsində təşkilatı dəstək göstərib. 15-ə yaxın Gəncimiz “Gənclər Fəaliyyətdə” proqramı çərçivəsində beynəlxalq layihələrdə ölkəmizi və birliyi təmsil edib.
“Sosial Media” “Karyerada ilk Addımlar” “Qeyri-Formal təhsil” “Bank sistemi və Mərkəzi Bank” mövzusunda təlim və seminarlar həyata keçirib. Bu təlimlərdən 50-ə yaxın gənc faydalanıb. Nəticədə gənclərimiz sosial mediadan düzgün istifadə, CV-lərin hazırlanması, müsahibə hazırlanması, qeyri-formal təhsilin əsasları, bank işinin yaranması və inkişaf tarixi, Dünya bank sisteminin xüssusiyyətləri, Mərkəzi Bankın təşkili formaları və funksiyaları haqqında ətraflı məlumat əldə ediblər.
20 Yanvar faciəsi ilə əlaqədar olaraq Birliyin könüllüləri sosial şəbəkələrdə faciəni əks etdirmək məqsədilə sosial flashmob həyata keçirib, nəticədə hadisə sosial şəbəkələrdə xarici ölkə vətəndaşlarının diqqətinə səbəb olub. “26 fevral- Xocalı Faciəsi” ilə bağlı Rəsamlıq Klubunun üzvləri tərəfindən faciəni əks etdirən rəsm əsərlərindən ibarət sərgi təşkil olunub.
Klublarımızın fəaliyyəti davam edir, 100-dən artıq gəncimiz həftə içi fəaliyyət göstərən gitara, ingilis, rus, alman, şahmat, turizm, psixologiya kimi klublarımızdan faydalanıblar.
Qeyd edək ki, “Gələcəyə Körpü” maddi mənfəət güdməyən, heç bir siyasi və dini asılılığı olmayan təşkilat olub, gənclər üçün çalışan və yalnız gənclər tərəfindən idarə olunan Birlikdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info