Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı artıb
Tarix: 12.06.2014 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Bu ilin əvvəli ilə müqayisədə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4,1% artıb.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bu barədə qurumun sədri Elman Mehdiyev xəbər verib.
E. Mehdiyevin sözlərinə görə, “2014-cü ilin 5 ayı ərzində 110 minə yaxın sığortaolunan əlavə qeydiyyata alınıb və bu, ölkəmizdəki iqtisadi inkişafın daimi yeni iş yerlərinin açılmasına və qeydiyyatda olan sığortaolunanların sayının artımına birbaşa təsirinin göstəricisidir”.
DSMF sədri həmçinin bildirib ki, hazırda ölkədə 2 800 mindən artıq sığortaolunana fərdi uçot sistemində fərdi şəxsi hesab açılıb. Fondun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. İstənilən sığortaolunan “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidməti vasitəsilə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər.
Cari ilin iyunun 1-nə olan məlumata əsasən, DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 58,8% kişi, 41,2% isə qadındır. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22,9%-ni 30 yaşa kimi vətəndaşlar, 24%-ni 30-40 yaş aralığında olan vətəndaşlar, 21,8%-ni 40-50 yaş aralığında olan vətəndaşlar, 20,9%-ni 50-60 yaş aralığında olan vətəndaşlar, 10,4%-ni 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info