Bakı 2015 Avropa Oyunlarının əsas sponsorlarından biri BP oldu
Tarix: 12.06.2014 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Bu gün Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə (BEGOC) ilə BP şirkəti arasında saziş imzalanıb. Trend-in məlumatına görə, sazişə əsasən BP ilk Avropa Oyunlarının əsas sponsorlarından biri olacaq.
Sazişi Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov və BP şirkətinin Azərbaycan Gürcüstan və Türkiyə üzrə regional vitse-prezidenti İan Saderlənd imzalayıblar.
BP şirkəti ilk dəfə keçiriləcək Avropa Oyunlarının neft-qaz tərəfdaşı olacaq. Bununla bağlı əldə olunan razılığa əsasən, şirkət Bakı 2015 Avropa Oyunlarını Azərbaycanda təbliğ etməklə yanaşı, Avropa Oyunlarından əvvəl bu tədbirə ev sahibliyi edəcək ölkənin - Azərbaycanın medala iddialı olan idmançılarının yetişdirilməsinin maliyyələşdirməyə yardım edəcək.
Azad Rəhimov qeyd edib ki, BP şirkəti uzun illərdi Azərbaycanda fəaliyyət göstərir və ölkəni dərindən tanıyır: "BP bütün dünyada böyük beynəlxalq idman tədbirlərinin dəstəklənməsində böyük təcrübəyə malikdir və biz onu Avropa Oyunlarının rəsmi tərəFdaşı kimi qəbul etməkdən məmnunluq duyuruq. Mən əminəm ki, BP-nin dəstəyi bu oyunların Azərbaycan və Avropa boyunca dəstəklənməsinə yardım edəcək, eləcə də idmançılarımızın ən yüksək nəticələr qazanmaq üçün daha da inkişaf etdirilməsinə köməklik edəcək".
BP-nin vitse-prezidenti İan Saderlənd deyib ki, bu təşəbbüs yüzlərlə Azərbaycan gəncinin yeni bacarığa və biliklərə yiyələnərək ölkənin potensialına töhfə verməsi üçün gözəl bir imkandır. "BP şirkəti Azərbaycanın bacarıq və potensiallarının yaradılması istiqamətində göstərdiyi ümumi səyləri gücləndirəcək və layihələrin həyata keçirilməsində böyük bir təcrübəni miras qoyacaq bu təşəbbüsü dəstəkləməkdən məmnunluq duyur".
Bakı Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleq bildirib: "Mən əminəm ki, biz ilk Avropa Oyunlarının təşkili üzrə hazırlığımızı davam etdirdiyimiz bir məqamda Bakı 2015 və BP şirkəti birlikdə güclü tərəfdaşlıq quraraq ölkə ictimaiyyətini cəlb edəcək və ruhlandıracaq".

Tural




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info