ANAMA Lənkəran yaxınlığındakı ərazidə minatəmizləmə işlərini yekunlaşdırıb
Tarix: 12.06.2014 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Lənkəran şəhəri yaxınlığında, Xəzər dənizinin sahilindəki keçmiş tank poliqonunun ərazisində minatəmizləmə işlərini yekunlaşdırıb.
Bu barədə ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.
Onun sözlərinə görə, quru hissədə minatəmizləmə işləri yekunlaşıb. Lakin dənizin dibində minalar mövcuddur. Onların axtarışı, tapılıb zərərsizləşdirilməsi üçün sualtı əməliyyat imkanlarına malik avadanlıqların alınmasına ehtiyac var.
Ümumilikdə ANAMA tərəfindən ərazidə 134 mina və 21 ədəd partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib: «Sovet Ordusu Azərbaycanı tərk edərkən bu minaları çuxurlara yığıb və üzərini torpaqla örtüb. Ərazidə yeraltı sular qalxdığından minatəmizləmə əməliyyatları olduqca çətin keçdi. Korroziyaya uğramış minalar istənilən zaman kiçik təsirdən partlaya biləcək şəkildə idi”.
Qeyd edək ki, vaxtilə keçmiş sovet ordusunun tank taboru yerləşib və tank poliqonu kimi istifadə olunmuş ərazidə əməliyyatlara cari ilin aprel ayında başlanıb. Sovet ordusu Azərbaycanı tərk edərkən rus əsgərləri minaları dənizə, kanala və çuxurlara ataraq üstünü bağlayıblar. Orada bir neçə sursat anbarının suyun altında qaldığı ehtimal edilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info