Fərdi uçot sistemində sığortaolunanların sayı 2800 minə yüksəlib
Tarix: 12.06.2014 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Cari ilin əvvəli ilə müqayisədə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4.1 faiz artıb. Bu barədə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib ki, “2014-cü ilin 5 ayı ərzində 110 minə yaxın sığortaolunan əlavə qeydiyyata alınıb və bu, ölkəmizdəki iqtisadi inkişafın daimi yeni iş yerlərinin açılmasına və qeydiyyatda olan sığortaolunanların sayının artımına birbaşa təsirinin göstəricisidir.” E.Mehdiyev həmçinin bildirib ki, hazırda Azərbaycanda 2800 mindən artıq sığortaolunana fərdi uçot sistemində fərdi şəxsi hesab açılıb. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. İstənilən sığortaolunan “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidməti vasitəsilə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər. Cari ilin iyunun 1-nə olan məlumata əsasən, DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 58.8 faizi kişi, 41.2 faizi isə qadındır. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22.9 faizini 30 yaşa kimi vətəndaşlar, 24.0 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 21.8 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 20.9 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10.4 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info