Müəllimlərin Sınaq Qiymətləndirilməsi bölgələrdə də tətbiq ediləcək
Tarix: 12.06.2014 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Azərbaycanın müstəqilliyi bərpa edilən gündən təhsil sahəsində fəaliyyət göstərən müəllimlərin bilikləri, metodik və kommunikativ yanaşma bilikləri barədə sistemli məlumat yoxdur. Belə bir diaqnostik qiymətləndirmə heç vaxt keçirilməyib. Hazırda Bakıda çalışan müəllimlərin sınaq qiymətləndirilməsinin həyata keçirilməsi mövcud potensialın müəyyən edilməsindən ibarətdir. Bunu təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat xarakterli mətbuat konfransında deyib. Onun sözlərinə görə, sınaq qiymətləndirilmə təhsil sistemində qəbul olunmuş və geniş istifadə edilən alətdir. Nazir qeyd edib ki, bu sahədə qəbul olunan istənilən qərarın düzgün məlumata əsaslandırılması vacibdir: “Bakıda fəaliyyət göstərən məktəblərin sınaq qiymətləndirmə 30 minə yaxın müəllimi əhatə edir. Növbəti mərhələdə Müəllimlərin Sınaq Qiymətləndirilməsi bütün ölkə ərazisində tətbiq ediləcək”.
Nazir qeyd edib ki, Azərbaycanın təhsil sisteminin idarəetməsində dəyişikliklər baş verib. Onun sözlərinə görə, idarəedənlərin nəzərinə ali, orta, peşə təhsili sistemində tələbkarlıq, müasir idarəetmə bilikləri, təhsil sisteminin əmək bazarındakı rolunun nədən ibarət olması çatdırılıb. M.Cabbarov bildirib ki, yeni idarəedici nəslin hazırlanması istiqamətində işlər aparılır: “Pilot layihə olaraq Bakı şəhərində fəaliyyət göstərən məktəb direktorlarının 5 aylıq hazırlıq kursları başa çatıb və müvafiq namizədlər imtahan veriblər. Ümid edirik ki, həmin uğurla imtahanı verən gələcək məktəb direktorları və təhsil müəssisələrinin fəaliyyətində yeni yanaşmaların şahidi olacağıq. Buna Azərbaycan təhsilinin dərin köklərinə, keçmiş nailiyyətlərinə əsaslanaraq və müasirlik əlavə edilərək nail olunacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info