Tələbələr istifadə etmədikləri geyimlərini ehtiyacı olan gənclərə bağışladılar
Tarix: 12.06.2014 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


ADA Universitetinin "Təmiz Şəhər" ASC ilə birgə həyata keçirdiyi "İkinci həyat" aksiyası çərçivəsində universitetin tələbələri istifadə etmədikləri geyimlərini ehtiyacı olan gənclərə bağışlayıblar.
Ötən ay başlayan layihəyə əsasən, tələbələr özlərinə lazım olmayan əşya və geyimlərini "Təmiz Şəhər" ASC-nin universitetin binasında təşkil etdiyi geyim qəbul nöqtələrinə təhvil verirlər. Bununla da aksiya təşkilatçıları həmin əşya və geyimlərin tullantıya çevrilməsinin qarşısını alaraq, onların təkrar istifadəsinə şərait yaradırlar.
Aksiya dövründə toplanmış geyimlər "Gələcəyə Körpü" təşkilatı vasitəsilə kimsəsizlər evlərində yaşayan yeniyetmə və gənclərə bağışlanıb.
"İkinci həyat" layihəsinin məqsədi həm ehtiyacı olanlara dəstək olmaq, həm tələbələrə sosial məsuliyyət duyğusunu aşılamaq, həm də tullantıların azaldılmasını təbliğ etməkdir.
Tullantıların müasir idarə edilməsi və çeşidlənmiş şəkildə toplanması ilə bağlı "Təmiz Şəhər" ASC və ADA Universiteti ötən ildən etibarən əməkdaşlığa başlayıblar. Tələbə və müəllim heyəti, o cümlədən universitetin qonaqları tullantıları universitetin ərazisində və tədris binalarında quraşdırılmış 3 növ tullantı üzrə çeşidləyərək ayrı-ayrı qablara atırlar. Plastik, şüşə və kağız-karton tullantıları təkrar istifadə üçün emal olunur, qarışıq tullantılar isə yandırılaraq tullantılardan enerji hasil edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info