“ABŞ üçün Azərbaycanla əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”
Tarix: 12.06.2014 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


“ABŞ üçün Azərbaycanla əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”. Bunu ABŞ Konqresinin Helsinki komissiyasında Azərbaycan üzrə dinləmələr zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Erik Rubin bəyan edib.
ABŞ-ın Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişafından məmnun olduğunu deyən diplomat qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq əsasən təhlükəsizlik, iqtisadiyyat, energetika və demokratik inkişaf istiqamətləri üzrə edəcək:
“20 ildən çoxdur ABŞ Azərbaycanla birgə demokratik, firavan və təhlükəsiz cəmiyyətin qurulması üçün səylər göstərir. Azərbaycan NATO və ABŞ-ın Kabildən Kosovoyadək əsas müttəfiqlərindən biri olub. Hazırda Azərbaycanın 94 nəfərdən ibarət kontingenti Əfqanıstanda xidmət edir və 2014-cü ildən sonra da orada xidməti davam etdirmək niyyətindədir. Azərbaycan Şimal Təchizat Şəbəkəsində (NDN) əsas bağlayıcıdır. Əfqanıstana və oradan qeyri-hərbi yüklər Azərbaycanın hava məkanı vasitəsi ilə daşınır. Xəzər dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, terrorçuluğa qarşı mübarizə, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və dəniz domen məlumatlandırma sistemi ABŞ-ın Azərbaycana göstərdiyi əsas yardımlar siyahısında prioritetdir”.
ABŞ-ın postsovet məkanında gedən proseslərlə bağlı siyasətinə toxunan E.Rubin qeyd edib ki, Vaşinqtonun Ukrayna qismində müdafiə etdiyi ərazi bütövlüyü prinsipi regionun bütün ölkələrinə şamil edilir: “Azərbaycan çox təhlükəli regionda, Rusiya ilə İran arasında yerləşir. ABŞ Azərbaycan hökuməti ilə onun ərazi bütövlüyü və müstəqilliyini müdafiə etmək qabiliyyətinin gücləndirilməsi istiqamətində işləyir”.

E.Rubin həmçinin Azərbaycan-İsrail münasibətlərini nümunəvi adlandırıb: ”Bu əlaqələr terrorçuluğa qarşı mübarizə baxımından çox mühüm rol oynayıb və biz bunu yüksək qiymətləndiririk. Azərbaycanın əhəmiyyətini bir daha təsdiqləyirik. Eyni zamanda Əfqanıstandakı sülhməramlı əməliyyatda və enerji sahəsində Azərbaycanın oynadığı rolu qeyd etmək vacibdir. Biz bunu yüksək qiymətləndiririk. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün dəstəklənməsi bizim üçün yüksək prioritetdir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info