“American Thinker“: “Rusiya və Çin bizim inkar etdiyimiz planı həyata keçirir”
Tarix: 12.06.2014 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


“Onlar böyük miqyaslı müharibəyə hazırlaşırlar”

ABŞ-ın “American Thinker” qəzeti Rusiya və Çinin birgə planları barədə maraqlı yazı yazıb. İki onillikdən artıq bir müddət öncə Sovetlər Birliyi xarici siyasi təzyiq və uzaqgörən olmayan iqtisadi siyasət üzündən dağıldı. Məşhur “ayı” “qış yuxusuna getdi”. O zaman özlərinin dünyada zəifləyən mövqelərini dərk edən adamlar Rusiyanı idarə edərkən, bu ölkəni Sovetlər Birliyinin avtoritar irsindən ayırmağa çalışırdılar. Məhz bu zaman Vladimir Putin meydana çıxdı. 2000-ci ildə DTK-nın keçmiş işçisi Putin baş nazir oldu və yenidən Rusiyanı böyük dünya dövləti etməyə çalışdı. Son 14 ildə Putin Rusiya hərbi arsenalını genişləndirib, neft sənayesini milliləşdirib, KİV üzərində nəzarəti gücləndirib, öz siyasi rəqiblərini susmağa məcbur edib. Ötən ilə qədər beynəlxalq ictimaiyyət narahatlıq üçün heç bir əsas görmürdü və Rusiyaya regionda təhlükəsizliyə təhdid kimi baxılmırdı. Bu münasibət Rusiyanın Ukraynadakı müvəqqəti siyasi qeyri-stabillikdən yararlanaraq, Ukraynaya müdaxilə etməsi ilə bir saatda dəyişdi.
Krımda situasiya destabilləşdi və 2014-cü il martın 18-də Putin Krımın ilhaq edildiyini elan etdi. Krım Rusiyaya Qara dəniz üzərində güclü nəzarət imkanı verir. Putin üçün Krımın işğal edilməsi başlıca regional qələbə oldu. Rusiya əməliyyatçıları və hərbçiləri Ukraynanın şərqində varid olmaqda davam edirlər, bu ölkənin üçüncü böyük şəhəri olan Odessanı ələ keçirməklə təhdid edirlər. Əgər beynəlxalq ictimaiyyət qarışmasa, bütün şərqi Ukrayna Rusiyanın əlinə keçəcək və ilin sonunda qalan ərazilər də onun ardınca gedə bilər”.
Yazıda qeyd edilir ki, Putin praktiki olaraq, Ukraynaya müdaxilə edəndə, beynəlxalq ictimaiyyət tərəfindən heç bir müqavimətlə qarşılaşmadı, sadəcə bəzi diplomatik iradlardan başqa. Bunun ardınca isə Putin Estoniyada rus əhaliyə qarşı münasibətdən narahatlığını bəyan etdi, bununla isə işğal üçün növbəti potensial qurbanı bəlirlətmiş oldu: “Bu gün isə biz Rusiyanın Şərqdəki ölkələrlə əlaqələrini gücləndirdiyinə, dostluq etdiyinə böyük diqqət yetirməliyik. Bu dostluq iqtisadi və hərbi əməkdaşlığa əsaslanır”.
Qeyd edilir ki, son iyirmi ildə Çinin getdiyi yol Rusiyanın keçdiyi yolu çox xatırladır: “Çin üçüncü dünya ölkəsi, azad bazarlardan təcrid olunmuş dövlətdən sürətlə inkişaf edən iqtisadiyyata malik, totalitarizmlə kapitalizmin hibridi olan bir dövlətə çevrilib. “Pələng” indi də nəzərlərini şərqə yönəldib – yaxın perspektivdə o, Tayvanı, Şərqi Çin və Cənubi Çin dənizlərini nəzarətə almağa çalışır. Rusiya kimi, Çin rəhbərliyi də fəaliyyətinin cəzasız qalacağını bilsə, mütləq adekvat hərəkət edəcək. Çin beynəlxalq ictimaiyyətin mane olmayacağı halda Filippin, Vyetnam, Yaponiyanın mövqeyini mübahisəli dəniz ərazilərindən tədricən sıxışdıracaq. Sonra isə Tayvanı ilhaq edəcək – bu, bizim ehtimal etdiyimizdən də tez baş verəcək”.
O da qeyd edilir ki, hər iki ölkənin hərbi texnologiyalarının və doktrinalarının inkişafı ondan xəbər verir ki, onlar böyük miqyaslı müharibəyə hazırlaşırlar.

İlkin AĞAYEV







 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info