“Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi bizim üçün prioritetdir”
Tarix: 13.06.2014 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


ABŞ üçün Azərbaycanla əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Bunu Helsinki Komitəsində Azərbaycan üzrə dinləmələr zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Erik Rubin bəyan edib.
ABŞ-ın Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişafından məmnun olduğunu deyən diplomat qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq əsasən təhlükəsizlik, iqtisadiyyat, energetika və demokratik inkişaf istiqamətləri üzrə edəcək: “20 ildən çoxdur ABŞ Azərbaycanla birgə demokratik, firavan və təhlükəsiz cəmiyyətin qurulması üçün səylər göstərir. Azərbaycan NATO və ABŞ-ın Kabildən Kosovoyadək əsas müttəfiqlərindən biri olub. Hazırda Azərbaycanın 94 nəfərdən ibarət kontingenti Əfqanıstanda xidmət edir və 2014-cü ildən sonra da orada xidməti davam etdirmək niyyətindədir. Azərbaycan Şimal Təchizat Şəbəkəsində (NDN) əsas bağlayıcıdır. Əfqanıstana və oradan qeyri-hərbi yüklər Azərbaycanın hava məkanı vasitəsi ilə daşınır. Xəzər dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, terrorçuluğa qarşı mübarizə, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və dəniz domen məlumatlandırma sistemi ABŞ-ın Azərbaycana göstərdiyi əsas yardımlar siyahısında prioritetdir”. ABŞ-ın postsovet məkanında gedən proseslərlə bağlı siyasətinə toxunan E.Rubin qeyd edib ki, Vaşinqtonun Ukrayna qismində müdafiə etdiyi ərazi bütövlüyü prinsipi regionun bütün ölkələrinə şamil edilir: “Azərbaycan çox təhlükəli regionda, Rusiya ilə İran arasında yerləşir. ABŞ, Azərbaycan hökuməti ilə onun ərazi bütövlüyü və müstəqilliyini müdafiə etmək qabiliyyətinin gücləndirilməsi istiqamətində işləyir”.
E.Rubin həmçinin Azərbaycan-İsrail münasibətlərini nümunəvi adlandırıb: ”Bu əlaqələr terrorçuluğa qarşı mübarizə baxımından çox mühüm rol oynayıb və biz bunu yüksək qiymətləndiririk. Azərbaycanın əhəmiyyətini bir daha təsdiqləyirik. Eyni zamanda Əfqanıstandakı sülhməramlı əməliyyatda və enerji sahəsində Azərbaycanın oynadığı rolu qeyd etmək vacibdir. Biz bunu yüksək qiymətləndiririk. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün dəstəklənməsi bizim üçün yüksək prioritetdir”. Dinləmələr zamanı senator Ben Kardin bəyan edib ki, ABŞ Azərbaycanı regionda özünün vacib dostu hesab edir: “Bu səbəbdən də biz Azərbaycanın inkişaf etməsində maraqlıyıq”. Qarabağ nizamlanmasından danışan senator qeyd edib ki, münaqişə regiondakı sabitliyə böyük maneədir: “Biz təhlükəsizlik sahəsində irəliləyiş görmək istəyirik. “Status-kvo” isə qəbulolunmazdır”. Kardin bildirib ki, Azərbaycan və ABŞ BMT Baş Assambleyasının sessiyasında Ukraynanın ərazi bütövlüyünə səs verib. Gələcək əməkdaşlıqdan danışan senator qeyd edib ki, ABŞ Azərbaycanı sabit və çiçəklənən ölkə kimi görmək istəyir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info