Sumqayıt kimyaçıları Milli Qurtuluş Gününü qeyd ediblər
Tarix: 13.06.2014 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda, təmir-tikinti, nəqliyyat və xüsusi texnika idarələrində, “Kimyalayihə” institutunda və anbar təsərrüfatında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbirlər
keçirilib.

İstehsalat Birliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirlərdə 21 il bundan əvvəl xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin böyük xilaskarlıq missiyasından danışılıb. Bildirilib ki, bu qayıdış xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin başlanğıcı olub. Milli Qurtuluş Günü təkcə Azərbaycan vətəndaşlarının deyil, həm də müstəqilliyimizin, dövlətçiliyimizin qurtuluşudur. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. İctimai münasibətlər sistemi təkmil strategiya əsasında inkişaf etməyə başlamış, iqtisadi tənəzzülə son qoyulub. Hamının eyni dərəcədə inandığı ideologiyanın, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsası qoyulub, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılıb. Bütün bunlar isə müstəqil Azərbaycan dövlətinin sosial və siyasi dayaqlarını möhkəmləndirib və respublikanın ümumi inkişafını təmin edib. Ulu öndərin neft-kimya sənayesinə xüsusi diqqətindən danışan natiqlər vurğulayıblar ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilməsi üçün zəmin yaranıb, respublikamızın dünya miqyasında nüfuzu xeyli artıb. Sumqayıt kimyaçıları Milli Qurtuluş Günündə, həmçinin paytaxtımızda yerləşən Heydər Əliyev Mərkəzini də ziyarət edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info