Azərbaycan və Türkiyənin qadın iş adamları əməkdaşlığı genişləndirir
Tarix: 13.06.2014 | Saat: 01:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) baş katibi Natəvan Məmmədova və təşkilatın tərkibində fəaliyyət göstərən “Qadın sahibkarlığın inkişafı” üzrə komissiyanın sədri Jalə Hacıyeva Türkiyədən ölkəmizə səfərə gələn bir qrup qadın iş adamları ilə görüşüblər.
ASK-dan verilən məlumata görə, azərbaycanlı və türkiyəli qadın iş adamları mövcud əlaqələr və əməkdaşlıq perspektivlərini müzakirə ediblər. N. Məmmədova bildirib ki, nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkədə özəl sektorun inkişafına dəstək verən təşkilatlar arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək. Bununla bağlı böyük potensialın mövcudluğunu vurğulayan baş katib mümkün əməkdaşlıq istiqamətləri haqqında da qonaqları məlumatlandırıb. J. Hacıyeva rəhbərlik etdiyi komissiya haqqında qonaqlara məlumat verərək, gələcəkdə nəzərdə tutulan layihələrdən də söhbət açıb. Qonaqlar Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, türkiyəli xanım sahibkarların ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar. Türkiyənin xanım iş adamları da bu bazarda, xüsusilə də tekstil və isitmə sistemləri sahəsində yer tutmaqda maraqlıdırlar. Qonaqlar istehsal etdikləri məhsulları nümayiş etdiriblər.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Kənd Təsərrüfatı Nazirliyi 600-ə yaxın vakant vəzifə üzrə işə qəbul elan edib
14.11.2018
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
14.11.2018
Azərbaycanlı sahibkarlar Rumıniyaya investisiya yatırmağa dəvət olunub
14.11.2018
“AzerGold” QSC qızıl hasilatını artırıb
14.11.2018
Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info