Kənd təsərrüfatı mallarının marketinqi işi müasirləşəcək
Tarix: 13.06.2014 | Saat: 01:34:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının Azərbaycan üzrə meneceri, xanım Larisa Leşçenko ilə görüşüb. Görüşün məqsədi “Kənd təsərrüfatında rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin imzalanması olub.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Heydər Əsədov layihənin əhəmiyyətindən danışıb. Nazir bu layihənin Prezident tərəfindən aqrar sahənin inkişafı ilə bağlı imzalanmış son iki fərman və sərəncamda qarşıya qoyulan hədəflərə uyğun olduğunu qeyd edib. Heydər Əsədov bu layihənin ən uğurlu sənəd olacağına ümid etdiyini vurğulayaraq, onun aqrobiznes-ərzaq emalı texnologiyalarının təkmilləşdirilməsinə və istehsalının artırılmasına şərait yaradacağını bildirib. O, eyni zamanda, layihənin bitki mühafizəsi və baytarlıq xidmətinin təkmilləşdirilməsi və modernləşdirilməsi məqsədilə aqrobiznes-ərzaq emalı sənayesinin maliyyələşdirməyə çıxışını təmin edərək, bu sahənin daha da inkişafına kömək edəcəyini, həmçinin kənd təsərrüfatı mallarının marketinq zəncirlərinin fəaliyyətlərində əsas maneələrinin aradan qaldırılmasına yönəlmiş bir sıra tədbirlər vasitəsilə seçilmiş yüksək dəyər zəncirlərinin inkişaf etdirilməsinə təkan verəcəyini diqqətə çatdırıb. Nazir, həmçinin layihənin həm dövlət, həm də özəl sektor üçün ərzaq təhlükəsizliyi üzrə imkanların gücləndirilməsi proqramını dəstəkləyəcəyini qeyd edib. Təklif olunan layihə aqro-ərzaq dəyər zəncirinin təkmilləşdirilməsi vasitəsilə rəqabətli kənd təsərrüfatı sektorunun inkişafını dəstəkləməklə öz töhfəsini verəcək. Dünya Bankının Azərbaycan üzrə meneceri, xanım Larisa Leşçenko qeyd olunan layihənin aqrar sahənin inkişafına öz töhfəsini verəcəyini bildirərək, layihənin uğurla həyata keçirilməsi istiqamətində öz səylərini əsirgəməyəcəyini qeyd edib. Sonda “Kənd təsərrüfatında rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin imzalanması mərasimi keçirilib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info