“Buta Palace”də Bakı 2015 ilk Avropa Oyunları ilə bağlı tədbir
Tarix: 13.06.2014 | Saat: 06:45:00 | E-mail | Çapa göndər


Bakı 2015 ilk Avropa Oyunlarına geriyə sayımın başlanması münasibətilə təntənəli tədbir keçirilib.
“Buta Palace”də təşkil olunmuş tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bölgədə sülh və sabitliyin təmin olunmasına bir növ töhfə verəcək. Nazirin sözlərinə görə, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkə üçün gələcəkdə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanı yaradır: “Avropa Oyunlarının Bakıda keçirilməsi dünyanın diqqətini Azərbaycana yönəldəcək və idmanın təbliğində Azərbaycanın böyük rol oynadığını bir daha nümayiş etdirəcək. Azərbaycan və Bakı artıq dünyanın turizm və idman mərkəzinə çevrilib”.
Daha sonra çıxış edən Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki Bakı 2015 ilk Avropa Oyunlarının dünya miqyaslı yarış olacağına əmin olduğunu bildirib. Onun sözlərinə görə, Avropa Oyunlarına hazırlıq işləri qrafikə uyğun aparılır və vaxtında sona çatdırılacaq: “Bakı və Azərbaycanın ürəyi idmanla döyünür, bütün azərbaycanlıların qəlbində idmana sevgi var. Bakıda müasir idman obyektləri ucaldılır. Bakı 2015 ilk Avropa Oyunlarının bütün qitəyə müsbət təsiri olacaq”.
Xatırladaq ki, Avropa Oyunları 2015-ci ilin iyunun 12-dən 28-dək Bakıda keçiriləcək .
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info