Gənclərə yeni vəzifə verildi
Tarix: 13.06.2014 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


İyunun 13-də Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində (BMAM) Milli Qurtuluş Gününə həsr olunmuş növbəti iclası keçirilib. BMAM-dan verilən məlumata görə, iclasda Mərkəzin sədri Rufiz Qonaqov Milli Qurtuluş Günü ilə əlaqədar geniş çıxış edib: "Müstəqillik yoluna yeni qədəm qoymuş ölkəmiz 90-cı illərin əvvəllərində bir tərəfdən Qarabağ müharibəsi ilə, digər tərəfdən də xarici qüvvələrdən dəstək alan daxili düşmənlərin ciddi cəhdi ilə siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Hakimiyyət uğrunda gedən savaş isə suverenliyini yenicə qazanmış Azərbaycanın dünya siyasi səhnəsindən bir dəfəlik silinməsi ilə nəticələnə bilərdi. 15 iyunda Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızı parçalanma və vətəndaş müharibəsi təhlükəsindən qurtardı. Ötən 21 ilə nəzər saldıqda gördüyümüz bütün uğurların əsasında Heydər Əliyevin xalqımızı birləşdirib, dövlətçiliyimizə sahib çıxması faktını görə bilərik. 15 iyun qayıdışı müasir Azərbaycanın tarixində elə bir həlledici an idi ki, bunu 18 oktyabr Müstəqillik Günü ilə müqayisə edə bilərik - yeni qazanılmış müstəqilliyi qorumaqdan ziyadə, dövlətin bütövlüyünün qorunub saxlanmasına müvəffəq olmaq, o müstəqilliyi qazanmaqdan heç də az əhəmiyyətli deyil. Bu gün isə bu siyasi kursu Prezident İlham Əliyev uğurla davam etdirir".
Daha sonra BMAM sədrinin Gənclər və Layihələr üzrə müavini Həbib Heydər hesabatla çıxış edib. Sədr müavini bildirib ki, BMAM yarandığı gündən dövlətçiliyə xidmət edərək vətəndaş cəmiyyəti quruculuğunda daima öz töhfəsini verib: “Mərkəz tərəfindən həyata keçirilən layihələr və müxtəlif ictimai aksiyalar daxili və xarici siyasətimizin prioritetlərinə uyğun şəkildə təşkil olunub. Təşkilat 8 il ərzində təkcə paytaxtla kifayətlənməyib, regionlarda da aktiv fəaliyyət göstərir".
Bununla yanaşı BMAM-ın gənclər sahəsində yeni fəaliyyət istiqamətləri və taktikası müzakirə edilərək təsdiq edilib.
Toplantıda təşkilati məsələlərə baxılaraq, yeni təyinatlar təsdiqlənib. Sədrin təqdimatına əsasən, İdarə Heyətinin üzvləri Eldar Orucov sədrin Təşkilati və Xüsusi Tapşırıqlar üzrə digər müavini, Əzizağa Heydərov sədrin yeni müşaviri, Şəhla Cəlilzadə Mərkəzin Xarici Əlaqələr sektorunun müdiri, Vahid Fəxrəddinov Mərkəzin Quba-Xaçmaz regionu üzrə nümayəndəsi təyin ediliblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21.02.2019
Azərbaycanda yeni zəli növləri aşkar edilib
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info