Macarıstana TürkPA-da müşahidəçi statusu verildi
Tarix: 13.06.2014 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Bakıda keçirilən 5-ci plenar iclasında Macarıstana qurumda müşahidəçi statusu verilib.
İclasa sədrlik edən Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, belə bir təklif Macarıstanın öz rəsmi xahişi ilə gündəliyə daxil edilib. Onun sözlərinə görə, bu məsələ uzun zamandır üzv ölkələr arasında müzakirə olunur.
Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib və Macarıstana TürkPA-da müşahidəçi statusu verilib. İclasda iştirak edən Macarıstan parlamentinin sədr müavini Sandor Lezsak üzv ölkələrə təşəkkürünü bildirib və Macarıstanın bu etimadı doğruldacağına söz verib.
Bundan əlavə, iclasda çıxış edən Qırğızıstan Parlamentinin sədri Asilbek Jeenbekov deyib ki, TürkPA-ya üzv olan dövlətlər ortaq tarixi keçmişə, ortaq mədəniyyətə, ortaq dilə malikdirlər: "Ata-babalarımız bunları bizə miras qoyub gediblər, ona görə biz xüsusilə, ortaq dilimizi öyrənməli və onu yad təsirlərdən xilas etməliyik".
Onun sözlərinə görə, TürkPA-ya daxil olan dövlətlərin bütün məsələlərdə bir yerdə olması və birgə addımlar atması gözəl nəticələr verir və gələcəkdə də daha gözəl nəticələrin əldə edilməsinə yol açır.
Qazaxıstan Parlamentinin sədri Kabibullah Djakukov isə qeyd edib ki, TürkPA-nn ilk iclası 5 il öncə Azərbaycanda keçirilib və ötən müddət ərzində çox böyük işlər görülüb.
Onun fikrincə, bütün bunlara baxmayaq TürkPA-nın görəcəyi işlər də daha çoxdur.
Qazaxıstan Parlamentinin sədri əlavə edib ki, bu gün dünyada davam edən iqtisadi böhran, o cümlədən ekoloji problemlər də TürkPA-nın diqqətində, gündəmində saxlanmalıdır. Bu baxımdan o, xüsusilə ekoloji problemlərin önə çəkilməsinin vacibliyini vurğulayaraq ki, TürkPA-nın nəzdində ekologiya və təbii sərvətlər komissiyası yaradılmasını təklif edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info