“Azərbaycanı daha parlaq gələcək gözləyir”
Tarix: 13.06.2014 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


“Ağ Yol” Vətəndaş Hərəkatı Mətbuat Xidmətindən qəzetimizə daxil olan bəyanatda aşağıdakılar qeyd olunub:

- 1993-cü ilin iyunu xalqımız üçün çətin sınaqlar dövrü idi. Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı- ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planı tam gücü ilə işə salınmışdı.
İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təlatümlər dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncə qiyamı ölkəni tamamilə xaosa sürükləmışdı. Vəziyyəti nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti daha da çətinləşdirirdi.
Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüş, qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb edirdi. Vəziyyət nəzarətdən çıxır və ətraf rayonların icra başçıları zorla dəyişdirilirdi. Qiyam məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru genişlənirdi.
Artıq vətəndaş müharibəsi başlamış, ölənlər və yaralananlar haqqında hər gün məlumatlar daxil olurdu. Dövləti məhv olmaqdan xilas etmək iqtidarında olmayan yetgililərin yeganə çıxış yolu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək idi.
Bakıya qayıdandan sonra qiyamçılarla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncədə baş verənlərlə bağlı arayış verir. Beləliklə, iyunun 15-i 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilir.
Azərbaycan vətəndaş müharibəsindən qurtulur, qardaş qanının tökülməsi təhlükəsi aradan qalxır və ölkənin bir neçə yerə parçalanmasının qarşısı alınır. Bu Prezident Heydər Əliyevin uzaqgörən siyasəti və dövlətçilik təcrübəsi sayəsində mümkün olur.
Ulu Öndər Heydər Əliyevin qətiyyəti və müdrik siyasəti nəticəsində bu gün dünyada güclü, qüdrətli Azərbaycan dövləti öz mövcudluğunu qoruyub saxlamaqdadır. Ümummilli liderin öz xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycanın şərəf tarixinə yazılıb.
15 İyun Milli Qurtuluş Günü xalqın və müstəqil Azərbaycanın tarixində şərəfli və əbədi yadda qalan gün kimi yaddaşlara həkk olunub.
Fərəhli haldır ki, bu gün Ümummilli lider Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, ölkəmizin davamlı inkişafı və tərəqqisi doğma vətənimizin dünyada durmadan artan beynəlxalq nüfuzundan və Ulu Öndərin müəyyən etdiyi siyasi-iqtisadi kursunun və inkişaf yolunun alternativsizliyindən xəbər verir.
Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu xarici siyasət həyata keçirir. Çox həssas coğrafi məkanda yerləşən ölkəmiz uğurla aparılan balanslı siyasət nəticəsində regionda stabil siyasətini qoruyub saxlamaqdadır. Məhz, bu xarici siyasət nəticəsində təcavüzkar Ermənistan bütün regional layihələrdən təcrid edilib və Azərbaycanın iştirakı olmadan heç bir regional layihə həyata keçirilmək imkanına malik deyil. Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan artıq dünyada da söz sahibinə çevrilib. Bunun bariz nümunəsi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və iki il ərzində qlobal siyasətin tam mərkəzində olmasıdır.
“Ağ Yol” Vətəndaş Hərəkatı inanır ki, Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi altında daha parlaq gələcək gözləyir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info