ATİ-nin şöbə müdiri Beynəlxalq Müşavirlər Forumunda iştirak edib
Tarix: 13.06.2014 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Bugünlərdə İsveçrənin Montrö və İspaniyanın Marbella şəhərlərində ölkə ali təhsil müəssisələrinin tanışlığına həsr olunmuş LAUREATE Beynəlxalq Universitetlər Qrupunun təşkilatçılığı ilə Beynəlxalq Müşavirlər Forumu keçirilib. ATİ-nin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, 6 gün davam edən tədbirdə dünyanın bir sıra nüfuzlu ali təhsil ocaqlarının məsul nümayəndələri iştirak ediblər. Azərbaycan Turizm İnstitutu Tədris şöbəsinin müdiri Nərminə Abdullayeva da tədbir çərçivəsində İsveçrənin Glion – Les Roches və İspanyanın Les Roches Universtetlərində təqdimat-tanışlıq turunda olub, müxtəlif ölkədən, o cümlədən Azərbaycandan olan tələbələrlə görüşüb. Nəzəri biliklərin təcrübi vərdişlərlə möhkəmlənməsini şərtləndirən tədris proqramının üstünlükləri və konkret faydası tədbir iştirakçılarında böyük maraq doğurub. İsveçrənin Glion – Les Roches və İspaniyanın Les Roches Universtetlərində tələbələrin istehsalat təcrübə semestri ATİ-dən fərqli olaraq 20 həftəlik deyil, ilboyu davam edir. Bu da tələbə-gənclərin uğurlu karyera qazanmalarına etibarlı zəmin yaradır.
Məlumatda daha sonra bildirilir ki, tədbirin gündəliyinə əsasən İspaniya və İsveçrənin brend otellərinə tanışlıq turu təşkil olunub, iştirakçılara sertifikatlar təqdim edilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info