Bülənt Arınc: “Ankara Mosuldakı konsulluğa hücum barədə xəbərdar idi”
Tarix: 13.06.2014 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Ankara Mosuldakı konsulluğa hücum barədə xəbərdar idi. Bu sözləri Türkiyə Baş nazirinin müavini Bülənt Arınc jurnalistlərə açıqlamasında bildirib. Bu barədə məlumatı "TRT Haber" telekanalı yayıb.
Arınc bildirib ki, Ankara real vəziyyəti nəzərə alaraq konsulluq işçilərinə müqavimət göstərməməyi tələb edib: "Sadəcə türk filmlərində 40 nəfər 1000 nəfərə qarşı mübarizə apararaq qalib gələr bilir. Real həyatda isə bu, mümkün deyil".
Qeyd edək ki, iyunun 11-də Mosuldakı Türkiyə konsulluğunun əməkdaşları hazırda yaraqlıların nəzarəti altında olan şəhəri tərk edə bilməyiblər. Bundan sonra Türkiyə hökuməti bəyan edib ki, konsulluğa hücum olunub və diplomatik missiyanın 48 əməkdaşı yaraqlılar tərəfindən girov götürülüb.
Dünən isə konsulluq işçiləri sərbəst buraxılıb və hazırda Mosul valiliyinin binasındadırlar.
Son məlumatlara görə, Mosul və Tikriti ələ keçirən "İraq və Şam İslam Dövləti" terror təşkilatının yaraqlıları Bağdadı tutmağı planlaşdırırlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info