“Azərbaycan Hava Yolları”nın bütün beynəlxalq uçuşları yeni terminaldan həyata keçiriləcək
Tarix: 13.06.2014 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


“Azərbaycan Hava Yolları” aviaşirkətinin bütün beynəlxalq uçuşları iyunun 14-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni 1 nömrəli terminalından həyata keçiriləcək və təyyarələr burada qəbul olunacaq.
“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində belə bir qərarın qəbul edilməsi sərnişinlərin ürəyincə olacaq. Aviaşirkətin yerli hava xətləri üzrə uçuşları isə 2 nömrəli terminalın “Cənub” zonasından reallaşdırılacaq.
M.Səfərli vurğulayıb ki, xarici aviaşirkətlərin təyyarələri 2 nömrəli terminalın “Şimal” zonasından yola salınacaq və qəbul ediləcək.
Qeyd edək ki, ildə 6 milyon sərnişindaşıma gücünə malik Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi bu il aprelin 23-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Burada uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq edilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info