Elmin İnkişafı Fondu 5-ci “Mobillik qrantı”nı elan etdi
Tarix: 13.06.2014 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında nəticələri yenicə elan olunmuş 4-cü “Mobillik qrantı” müsabiqəsinin qalibləri ilə ənənəvi görüş keçirilib. Tədbirdə çıxış edən Fondun icraçı direktoru qalibləri təbrik edib, ölkədə həyata keçirilən elm siyasətinin uğurlarından söz açıb. Tədbirdə həmçinin Elmin İnkişafı Fondu tərəfindən xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən növbəti 5-ci “Mobillik qrantı” müsabiqəsi elan edilib. Müsabiqə Azərbaycanda təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə elan edilib.
Bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 100 000 (yüz min) manat təşkil edəcək. Kiçik maliyyə həcmli (10 min manatadək) qrantların verilməsi yolu ilə 2014-cü il 1 oktyabr – 31 dekabr tarixlərində Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən regional və beynəlxalq elmi tədbirlərdə elmi məruzələrlə, xaricdə qısamüddətli təcrübəkeçmə proqramlarında iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməsi təmin ediləcək.
Müsabiqədə iştirak etmək üçün ərizələr 2014-cü il 17 iyun tarixindən başlayaraq 31
iyul saat 17:00-dək qəbul olunacaq. 5-ci “Mobillik qrantı” müsabiqəsinin nəticələrinin 2014-cü ilin sentyabr ayında açıqlanması planlaşdırılır. Müsabiqə ilə bağlı ətraflı məlumat www.sdf.gov.az linkindən əldə edilə bilər.

Nigar






 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info