Əsrin sonunadək Azərbaycanda orta illik temperatur 3–6 dərəcə selsi artacaq
Tarix: 13.06.2014 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


BMT-nin İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasında tərəflərin 2-ci milli bildirişinə əsasən, bu əsrin sonuna qədər Azərbaycanda orta illik temperaturun 3-6 dərəcə selsi artması proqnozlaşdırılır. Bu barədə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin əlaqələr və əməkdaşlığın inkişafı üzrə meneceri Sevinc Saruxanova deyib.
O qeyd edib ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspert Qrupunun (İDHEQ) məlumatına əsasən, son 50 ildə sənayeləşmənin artması və bununla əlaqədar təbii yanacağın yanması ilə bağlı atmosferdə istixana qazları adlanan maddələrin (CO2, CH4, N2O, və s.) həcmi kəskin surətdə yüksəlib. Bu cür istixana qazları isə temperatur artımına gətirib çıxarır.
S.Saruxanovanin sözlərinə görə, son onilliklərdə Cənubi Qafqazda da havanın temperaturunun artması müşahidə edilir. BMT-nin İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasında tərəflərin 2-ci milli bildirişində hər üç Qafqaz ölkəsi modelləşdirmənin nəticələri əsasında yağıntılarda və temperaturda dəyişikliklər üzrə proqnozlarını təqdim ediblər. Bütün proqnozlar onu göstərir ki, orta illik temperatur bu əsrin sonuna qədər əhəmiyyətli dərəcədə yüksələcək. A2 emissiya ssenarisinə əsaslanan proqnozlara görə, Azərbaycanda orta illik temperatur bu əsrin sonuna qədər 3-6 dərəcə selsi, Gürcüstanın qərb və şərq hissəsində müvafiq olaraq 1,8-5,2 dərəcə və 3,5-4,9 dərəcə, Ermənistanda isə 4-5,1 dərəcə selsi artacaq.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu ölkə ərazisində iqlim dəyişmələrini yenidən qiymətləndirib. Tədqiqatlar zamanı müşahidələr dövrü 3 hissəyə ayrılıb. İlk mərhələ meteoroloji stansiyaların açıldığı vaxtdan (Bakıda 1881-ci ildən, digər ərazilərdə isə fərqli illərdə məlumatların daimi qeydə alınmasına başlanılıb) 1960-cı ilə qədər olan dövrü, ikinci mərhələ 1961-1990-cı illəri, üçüncü mərhələ isə 1991-ci ildən 2005-ci ilə qədər olan dövrü əhatə edib. Tədqiqat zamanı məlum olub ki, Azərbaycanın bütün ərazisində havanın temperatur 0,2-0,9 dərəcə yüksəlib. Temperaturun ən çox yüksəlməsi Aran, ən az yüksəlməsi dağlıq rayonlarda müşahidə edilib. Bununla yanaşı, son dövrlərdə ölkə üzrə buludlu, küləkli günlərin sayı azalıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info