Drezdenin ictimai nəqliyyatında Azərbaycana həsr olunmuş videoçarx
Tarix: 13.06.2014 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


“Bakı-2015” ilk Avropa Oyunlarına bir il qalması ilə bağlı geriyəsayım kampaniyasına Almaniyada yaşayan azərbaycanlılar da öz töhfəsini verib. Belə ki, Almaniyanın Drezden şəhərində fəaliyyət göstərən Alm.Az Cəmiyyətinin təşəbbüsü ilə iyunun ayının 12-dən başlayaraq Drezden şəhərinin ictimai nəqliyyat vasitələrində I Avropa Oyunların həsr olunmuş videoçarx nümayiş etdirilir. Gün ərzində 40-50 dəfə olmaqla 3 gün göstəriləcək və minlərlə sərnişinin görə biləcəyi videoçarxda Azərbaycanın, Bakının göz oxşayan görüntüləri, tarixi, mədəniyyəti, eləcə də oyunlara hazırlıq məqsədilə görülmüş işlər öz əksini tapıb. Alm.Az Cəmiyyətinin sədri Ağahüseyn Babayev bildirib ki, 55 saniyəlik videoçarxın hər ayın eyni günlərində 3 gün ərzində Drezdenin ictimai nəqliyyat vasitələrindəki monitorlarda nümayişi nəzərdə tutulur. Videoçarxın yayılmasında I Avropa Oyunlarıöncəsi möhtəşəm idman yarışına ev sahibliyi edəcək Azərbaycanın beynəlxalq aləmdə turizm potensialının, iqtisadiyyatının və zəngin mədəni irsinin təbliği olunmasıdır. Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. Bu oyunlar idmanın 19 növünü əhatə edəcək ki, bunlardan 16-sı Olimpiya idman növü, 3-ü qeyri-olimpiya idman növüdür.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info