İraq şokda: Terrorçular paytaxtın bir addımlığında
Tarix: 13.06.2014 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


İraqda Mosul və Tikrit şəhərlərini ələ keçirən “İraq Şam İslam Dövləti” adlı sələfi (vəhhabi) terror təşkilatı paytaxt Bağdad şəhərinə doğru irəliləyir. Türkiyə xəbər agentliklərinin verdiyi məlumata görə, hazırda Bağdadın 50 kilometrliyində yerləşən Bakuba şəhəri yaxınlığında İraq ordusu ilə İŞİD silahlıları arasında döyüş gedir.
Döyüşlərin Bakubadan 35 km aralıda yerləşən Mikdadiyə yaşayış məntəqəsində getdiyi bildirilir. Bağdad sakinlərinin şəhəri tərk etməyə başladığı haqda xəbərlər yayılır. İŞİD Kərkük-Bağdad yolunu da nəzarətə götürüb. Bakubanın yarım milyon əhalisinin əksəriyyəti sünnilərdən ibarətdir. Şəhər İran sərhədindən 93 km uzaqda yerləşir. İŞİD Bakubanın cənub-şərqindəki 6 kəndi ələ keçirib və irəliləməkdə davam edir. “AL Jazeera” müxbiri Ömər əl Salih İŞİD silahlılarının Səlahəddin vilayəti istiqamətindən Bağdada doğru irəlilədiyini xəbər verib. O, Bağdadda komendant saatı elan edildiyini bildirib.
Xatırladaq ki, İŞİD-in sözçüsü Əbu Məhəmməd əl-Adnani əsas məqsədlərinin paytaxt Bağdad və şiələrin müqəddəs məkanı Kərbəlanı ələ keçirmək olduğunu bildirmişdi. Təşkilat şiələri düşmən sayır.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info