Səbailli gənclər Milli Qurtuluş Gününü hərbi liseydə qeyd ediblər
Tarix: 13.06.2014 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. 20 il öncə bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır – Bu Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olmuşdur. Bu tarixi qayıdışın şərəfinə Azərbaycanda 1997-ci ildən etibarən Milli Qurtuluş günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunub. Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Səbail rayon rəhbərliyi, orta təhsil müəssisələrinin şagirdləri, ictimaiyyət nümayəndələri rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Cəmşid Naxçıvanski adına hərbi liseydə olublar.
Qonaqlar əvvəlcə ümümmilli lider Heydər Əliyevin liseydəki büstünü ziyarət etmiş, önünə tər çiçəklər düzüblər. Qonaqlar həmçinin general Cəmşid Naxçıvanskinin də büstünü ziyarət ediblər. Sonra qonaqlar liseyin muzeyində olmuş, liseyi gəzərək burada kursantların təhsili, istirahəti, idmanla məşğuliyyəti üçün yaradılan şəraitlə tanış olublar. Liseyin akt zalında keçirilən tədbirdə C.Naxçıvanski adına Hərbi liseyin rəisi, general-mayor Mirzə Almasov qonaqları salamlamış, C.Naxçıvanski adına hərbi liseyin yaranması və fəaliyyəti, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda əldə olunmuş nailiyyətlərdən, gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində aparılan işlərdən, ulu öndərimiz Heydər Əliyevin arzularının bir çoxunun artıq reallığa çevrilməyə başladığından söhbət açıb. Qeyd edib ki, məhz Heydər Əliyevin uzaqgörənliyi nəticəsində hələ 1971-ci ildə Azərbaycanda ilk hərbi lisey yaradıldı və bu liseydə Azərbaycanlı uşaqlar təhsil alaraq, sonradan ölkənin ali hərbi məktəblərinə daxil olmaq, zabit peşəsinə yiyələnmək imkanı əldə etdilər. Bu gün Azərbaycan Ordusunun sıralarında vaxtı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirmiş yüzlərlə zabit və general xidmət edir. Onların çoxu Qarabağ döyüşlərində böyük bacarıq və şücaət göstərmişlər. Liseyin məzunları arasında Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə müşaviri, general-leytenant Vahid Əliyev, Azərbaycan Respublikasının Müdafiə Naziri, general-polkovnik Zakir Həsənov, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev, Silahlı Qüvvələrin Korpus komandiri, Milli Qəhrəman Rövşən Əkbərov kimi tanınmış hərbiçilərimiz var.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov əvvəlcə tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibəti ilə təbrik edərək qeyd etdi ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyətli Heydər Əliyevin adı ilə bağlıdır. Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məlumat vermişdir. Natiq ümummilli lider Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu işindəki əvəzsiz xidmətlərindən, ulu öndərin səyləri nəticəsində hələ sovetlər dönəmində respublikamızda peşəkar hərbiçilərin yetişdirilməsi məqsədi ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasından danışıb, bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Azərbaycan Ordusunun möhkəmlənməsi, müasir silah və texnika ilə təminatında görülən işlər barədə məlumat vermiş, bu kimi tədbirlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində və onların hərbiçi peşəsinə olan marağının artırılması istiqamətində mühüm rol oynadığını vurğulanıb. C.Naxçıvanski adına hərbi liseyin kursantı, Səbail rayon sakini Mürvət Camalov liseyə oxumağa gəlməsinin səbəbləri, buradakı təhsili barədə məlumat verib, gələcəkdə Azərbaycan ordusunda ləyaqətlə xidmət edəcəyinə söz verib. Sonra Cəmşid Naxçıvanski adına hərbi lisey barədə brifinq keçirilib, təhsildə fərqlənən bir qrup kursant, qabaqcıl müəllim və zabitlər RİH-nin qiymətli hədiyyələri ilə mükafatlandırılıb. Sonda populyar incəsənət xadimləri və gənc estrada ulduzlarının iştirakı ilə konsert proqramı təşkil olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır
14.06.2019
Bakıda dəhşət: Jurnalistin qızı və arvadı özünü 10-cu mərtəbədən atdı
14.06.2019
“Carlsberg Azerbaijan” ETSN qarşılıqlı anlaşma haqqında memorandum imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info