Ukrayna-Rusiya sərhədində vəziyyət gərginləşib
Tarix: 13.06.2014 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Ukrayna-Rusiya sərhədi yaxınlığında Ukrayna ordu hissələri ilə separatçılar arasındakı döyüşdə qanunsuz silahlı dəstələrin 40 üzvü öldürülüb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Snejnoye yaşayış məntəqəsinin cənubundakı yolda Ukrayna hərbi helikopterləri Rusiya ərazisindən daxil olan avtomobil karvanına zərbələr endirib: “Helikopterlərin zərbələrindən sonra əraziyə hava desantı endirilib və düşmənin darmadağın olunması başa çatdırılıb. Terrorçular 12 avtomobil və 40-dan çox adam itiriblər. Onlar külli miqdarda Rusiya mənşəli silah və sursat, o cümlədən “PZRK”, tank əleyhinə və atıcı silahlar gətirirdi”.
Bundan başqa, Ukrayna hərbçiləri Donetsk vilayətinin Rusiya sərhədi yaxınlığında yerləşən Stepanovka yaşayış məntəqəsi ətrafında separatçı-terrorçu qruplaşmaya aid 2 tank, 2 “BTR” və üzərində iri çaplı pulemyot quraşdırılmış 2 KAMAZ avtomobilini məhv ediblər.
İri miqyaslı əməliyyat Ukrayna-Rusiya sərhədinin nəzarətsiz qalmış istiqamətlərini bağlamaq məqsədilə keçirilir. Ukrayna daxil işlər nazirinin müşaviri Anton Geraşşenko şənbə gününə qədər sərhədin nəzarətə götürüləcəyini bəyan edib: “Bu gecə Silahlı Qüvvələr Milli Qvardiyanın dəstəyi ilə dövlət sərhədi boyunca cənubdan şimala və şimaldan cənuba marş keçirib. Məqsəd sərhəd xəttinin terrorçuların arasıkəsilməz hücumları nəticəsində təəssüf ki, açıq qalmış hissəsini bağlamaqdır. Hesab edirəm ki, dövlət sərhədi sabaha qədər tam bağlanacaq. Bütün yollar hərbi texnika tərəfindən atəş altında saxlanılacaq, Ukrayna ərazisinə soxulmağa cəhd göstərən silahlılar məhv ediləcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info