Həbsdə olan müxalifətçi gənc: “Mən buradan, mənim kimi yolunu azmış, siyasəti düzgün dərk etməyən gənclərə səslənirəm”
Tarix: 13.06.2014 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan “NİDA” Vətəndaş Hərəkatının keçmiş üzü Quliyev Bəxtiyar Səməndər oğlu cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinə növbəti müraciət ünvanlayıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciətdə məhkum B. Quliyev may ayının sonunda verdiyi bəyanatın KİV-də birmənalı qarşılanmamasına münasibətini bildirib və mövqeyinə bir daha aydınlıq gətirib.
Müraciətdə deyilir: “Son günlər kütləvi informasiya vasitələrində mənim may ayının sonunda verdiyim bəyanat geniş müzakirəyə səbəb oldu. Göstərdiyim kimi, mənim bu bəyanatım birmənalı qarşılanmadı. Sadəcə olaraq, bildirmək istəyirəm ki, on beş ay mənim üçün həyatı və dövlətçiliyi dərk etməyimdə yetərli və böyük inam daşıyan, çoxları üçün kiçik, mənim üçün isə həbsxanadan əvvəlki həyatımdan da böyük bir zaman kəsiyidir.
Özüm də bilmədən qeyri-ixtiyari düşdüyüm vəziyyətin səbəbini düşündükcə, heç bir vəchlə özümə haqq qazandıra bilmədim. Və birinci haqsızlığın özümə, yaxınlarıma qarşı ən böyük cinayət olduğunu dərk etdim. Kimlərinsə siyasəti mənim kimi bir çox gəncin təmiz beyinlərini özlərinin dərk etdiyi yanlış müstəqillik havası ilə doldurub, keçirdikləri mənasız aksiyalara sürükləməklə, təmiz və saf olan azadlıq eşqini qəlblərdə boğmaqdan başqa bir şey deyil. Mən buradan, mənim kimi yolunu azmış, siyasəti düzgün dərk etməyən, bədxah insanların özünəməxsus düşüncələrindən doğan təxribatlara uymuş gənclərə səslənirəm:
Özünüzə, yaxınlarınıza ən önəmlisi gəncliyinizə haqsızlıq etməyin! Bu gün Azərbaycan adlı bir məmləkətin müstəqil gəncləriyik. O məmləkət ki, tarix boyu basqılara məruz qalmış, təxribatlarla xalqın başını qarışdırıb, bu millətin fikirlərini başqa səmtə yönəldən nadan, xəyanətkar, öz mənafelərini düşünən satqın siyasətçilərlə hər zaman mübarizədə olub.
Bizim bir gerbimiz, bir dövlətçiliyimiz, bir bayrağımız vardır. Gəlin, biz gəncliyimizi yuxarıda göstərdiyim atributlar ətrafında birləşdirək. Özümüz özümüzlə deyil, mənfur, kənardan Azərbaycana xor baxan, dövlətçiliyimizə qarşı təxribat məqsədi ilə əllərini uzadan düşmənlərimizə qarşı mübarizədə fəal olaq.
Mən Müstəqil Azərbaycanın Müstəqil gənciyəm. Mənim fikirlərimə və düşüncələrimə nə kimsə təzyiq, nə də təsir edə bilməz. Özüm öz qərarlarımı verəcək qədər hər şeyi dərk edirəm. Və hər kəsi fikirlərimə, düşüncələrimə, qərarlarıma sayğı ilə yanaşmağa, hörmətlə qarşılamağa çağırıram”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info