“The Wall Street Journal”: İran aviasiyası İŞİD terrorçularını bombardman edəcək
Tarix: 13.06.2014 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


İran İraqa dəstək, həmçinin Kərbəla və Nəcəf şəhərlərinin “İraq-Şam İslam Dövləti” (İŞİD) adlı terrorçu qruplaşmasının hücumlarından qorunması üçün bu ölkəyə öz hərbçilərini göndərib. “Radiofərda”nın verdiyi məlumata görə, bu barədə ABŞ-da nəşr olunan “The Wall Street Journal” qəzeti yazıb.
Xəbərdə bildirilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (“Sepah”) məxsus iki batalyon iyunun 11-də İranın Qərbi Azərbaycan və Loristan vilayətlərindən İraqa yola salınıb: “Bundan əlavə, İraqla həmsərhəd bölgədəki qüvvələr də hər cür gərginliyə hazır vəziyyətə gətirilib. Belə ki, İran Hərbi Hava Qüvvələrinə İŞİD terrorçularının bu ölkənin sərhədlərinə 100 kilometr məsafədə yaxınlaşacaqları təqdirdə bombardman edilməsi barədə göstəriş verilib. İran lazım gələrsə Nuri əl-Maliki hökumətini dəstəkləmək üçün Suriyadakı “könüllü qüvvələri”ni də İraqa göndərmək niyyətindədir”.
Qeyd edək ki, bəzi məlumatlarda “Sepah”ın Qüds qanadının komandanı, briqada generalı Qasım Süleymaninin də İraqda olduğu, daha bir “Sepah” batalyonunun İraq ordusu ilə birlikdə şəhərlərin İŞİD terrorçularından müdafiəsi və təmizlənməsi prosesində hərbi əməliyyatlar apardığı bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info