Mehriban Əliyeva Afinada “Kiklad” İncəsənət Muzeyi ilə tanış olub
Tarix: 17.06.2014 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 16-da Afinada "Kiklad" İncəsənət Muzeyi ilə tanış olub.
Muzeydə Mehriban Əliyevanı Yunanıstanın Baş nazirinin xanımı Georgia Samaras müşayiət edib.
Azərbaycanın birinci xanımının diqqətinə çatdırılıb ki, Afinanın ən böyük muzeylərindən olan "Kiklad" 1986-cı ildə Yunanıstanın mötəbər ailələrindən olan Nikolas və Dolli Qulandrislərin Kiklad və qədim yunan incəsənətinin nümunələrindən ibarət fərdi kolleksiyası əsasında yaradılıb.
Nikolas və Dolli Qulandrislər kolleksiyanı 1960-cı ildən yunan dövlətinin icazəsi əsasında toplamağa başlayıb. Kolleksiya qısa zamanda öz nadir eksponatları ilə məşhurlaşıb. İlk dəfə bu kolleksiya 1978-ci ildə Benaki muzeyində nümayiş olunub, 1979-1983-cü illərdə isə dünyanın ən iri muzey və qalereyalarında təqdim edilib. Nikolas Qulandrisin vəfatından sonra onun həyat yoldaşı muzeyin yaradılması məqsədilə kolleksiyanı yunan dövlətinə təqdim edib.
Muzeyin ekspozisiyası sonradan daha da genişlənib. Muzeyin kolleksiyası üç əsas istiqamətə bölünür. Bunların birincisini bürünc dövrünün əvvəlini - eramızdan əvvəl 3200-2000-ci illəri əhatə edən Kiklad sivilizasiyasına aid olan eksponatlar təşkil edir. Daha bir istiqamət eramızdan əvvəl II minillikdən eramızın IV əsrinə gəlib çatan qədim yunan incəsənəti nümunələridir. Burada qədim Kiprin neolit dövründən xristian dövrünə qədərki eksponatları nümayiş olunur. Nəhayət, üçüncü istiqamət eramızdan əvvəl IV əsrdən eramızın VI əsrinə qədər olan dövrü əhatə edir. Bu, dünyada qədim Kipr eksponatlarının ən dolğun kolleksiyalarından biri sayılır.
Bildirilib ki, Kiklad İncəsənət Muzeyi Egey dənizi və qədim Kipr mədəniyyətinin tədqiqi və təbliği məqsədilə yaradılıb. Burada daimi olaraq seminarlar keçirilir. Muzey müxtəlif layihələrdə və tədqiqatlarda iştirak edir. Ümumilikdə muzeydə üç mindən çox müxtəlif eksponat təqdim olunur.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Yunanıstan Baş nazirinin xanımı Georgia Samaras birgə nahar ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info