Azərbaycanın birinci xanımına “Olympic Excellence“ mükafatı təqdim olunub
Tarix: 17.06.2014 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Afinada Beynəlxalq Olimpiya Akademiyasının gənc iştirakçılarının 54-cü beynəlxalq sessiyasının açılış mərasimi keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak eşdib.
Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı qarşılayıb.
Mərasim Olimpiya himninin oxunması ilə başlayıb.
Akademiyanın prezidenti İsidoros Kuvelos mərasimdə çıxış edərək Olimpiya hərəkatının inkişafına göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya minnətdarlıq edib.
Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos gələn il Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyini xatırlatdı və bununla əlaqədar yaradılmış Təşkilat Komitəsinə Mehriban Əliyevanın sədrlik etdiyini söyləyib.
Sonra Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Azərbaycanın birinci xanımına Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatı təqdim olunub.
Mükafatı Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos təqdim edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan, eləcə də idmançılarımızın beynəlxalq yarışlarda, xüsusilə Olimpiya Oyunlarında qazandıqları uğurlardan danışıb. Birinci xanım gələn il Azərbaycanda ilk Avropa Oyunlarının uğurla keçiriləcəyinə əminliyini bildirib.
Sonra Yunanıstanın mədəniyyət və idman naziri Konstantinos Tasoulas və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış edərək yüksək mükafata layiq görüldüyünə görə Mehriban Əliyevanı təbrik ediblər.
Mərasim konsert proqramı ilə davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info