İraq türkmənləri terrorçulara qarşı silahlandılar
Tarix: 17.06.2014 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


İraq türkmənləri ölkənin türkmənlər yaşayan şəhərlərinin "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularının əlinə keçməsindən sonra silahlanmaq qərarına gəliblər. Bu barədə Anadolu agentliyinə verdiyi açıqlamada Türkmən Xalq Cəbhəsinin rəhbəri Erşad Salihi bildirib.
Salihi türkmənlərin terrorçulara qarşı silahlanmaq və özlərini müdafiə etmək məcburiyyətində olduğunu deyib.
İyunun 11-də İraqın Türkmən Xalq Cəbhəsinin rəhbəri Erşad Salihi İraq türkmənlərinin müdafiə olunması çağırışı ilə Türkiyəyə müraciət etmişdi.
Salihi İraq hökumətinin ölkədəki bütün millətlərdən olan vətəndaşlara dəstək göstərməsini, lakin təkcə iraqlı türkmənlərin bu dəstəkdən məhrum olduğunu bildirmişdi.
İraq türkmənləri ölkə əhalisinin 11 faizini təşkil edirlər.
Dünən "İraq və Şam İslam Dövləti" (İŞİD) ölkənin türkmənlər yaşayan Telafer şəhərində nəzarəti tam olaraq ələ keçirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info