Sənayeçilərin orta aylıq əmək haqqı 10% artıb
Tarix: 17.06.2014 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-aprel aylarında Azərbaycanın sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki illə müqayisədə 1,5% artaraq 184,7 min nəfər təşkil edib, onların orta aylıq əmək haqqı isə 10,2% artaraq 701,6 manat olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, işçilərin 35,9 min nəfəri mədənçıxarma, 91,4 min nəfəri emal, 31,8 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 25,6 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşib.
Əmək haqlarının daha yüksək artımı emal bölməsinin poliqrafiya fəaliyyəti, içki, qida məhsullarının, avtomobil və qoşquların, rezin və plastmas məmulatların ,elektrik avadanlıqlarının, kağız və karton, ağac emalı və ağacdan məmulatların, geyim, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri, sair nəqliyyat vasitələrinin, neft məhsullarının, dəri və dəri məmulatlarının, tütün məhsullarının istehsalı müəssisələrində müşahidə olunub.
Qeyri-dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əmək haqqı 13,5% artaraq 858,8 manat təşkil edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info