Moskvada “Azərbaycan diasporu və Heydər Əliyev” mövzusunda konfrans keçirilib
Tarix: 17.06.2014 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Yeni Nəfəs İctimai Birliyinin Rusiya nümayəndəliyi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Moskvada “Azərbaycan diasporu və Heydər Əliyev” mövzusunda konfrans keçirib.
Konfrans iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Konfransın açılışında çıxış edən YNİBRN-nin sədri Toğrul Allahverdili tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edərək, ulu öndərin Azərbaycan xalqı qarşısında xilaskarlıq missiyasından, onun Rusiya və Azərbaycan naminə göstərdiyi səylərdən ətraflı bəhs edib. O qeyd edib ki, Heydər Əliyev bizim dahi müasirimizdir: “Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq”. Konfransda Rusiya, Ukrayna, Tacikistan və Özbəkistan diaspor nümayəndələri çıxış edərək Azərbaycan xalqını Milli Qurtuluş günü münasibəti ilə təbrik ediblər.
Seminarın sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
İyunda neçə gün evdəyik?
22.05.2019
İrandan Bakıya “Fokker 100“ təyyarələrinin uçuşu gözlənilir
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info