Yunanıstan parlamentinin üzvləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olacaq
Tarix: 17.06.2014 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Yunanıstanın sabiq baş naziri (2004-2006) Kostas Karamanlis Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzvlüyə dəvət olunub. Bununla bağlı müzakirə Afinada Mərkəzin icraçı direktoru Rövşən Muradovla Kostas Karamanis arasında keçirilmiş görüş zamanı baş tutub. Görüşdə Azərbaycanla, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Yunanıstan arasında mövcud olan siyasi, mədəni əlaqələr müzakirə edilib və bu əlaqələri daha da gücləndirmək məqsədilə Kostas Karamanlis Mərkəzlə əməkdaşlığa dəvət olunub. Qeyd edək ki, Yunanıstanın nüfuzlu ictimai-siyasi xadimi olan Kostas Karamanlis hazırda parlamentin üzvüdür. Yunanıstan parlamentinin digər üzvü, 2007-2011-ci illərdə Avropa Parlamentinin vitse-spikeri olmuş Rodi Kratsa da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü ola bilər. Afinada Mərkəzin nümayəndəsi ilə Rodi Kratsa arasında keçirilmiş görüşdə Mərkəzin Yunanıstan parlamenti ilə əlaqələrin möhkəmləndirilməsi müzakirə olunub. Bu istiqamətdə Rodi Kratsanın verəcəyi töhfələr nəzərə alınaraq o, Mərkəzin üzvlüyünə dəvət olunub. Qeyd edək ki, Rodi Kratsa eyni zamanda “ELPİDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyasının İdarə Heyətinin üzvüdür.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info