Uşaq ədəbiyyatı sahəsində yeni əsərlərin yaradılmasına ehtiyac var
Tarix: 17.06.2014 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Azərbaycanda uşaq ədəbiyyatı sahəsində yeni əsərlərin yaradılmasına ehtiyac var. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Bakıda Azərbaycan Yazıçılar Birliyinin bu gün keçirilən XII qurultayında çıxışı zamanı deyib. Akademiya rəsmisi bildirib ki, bu gün uşaq ədəbiyyatının yaradılması ədəbiyyat sahəsində ən çox düşünülən sahədir.
İ.Həbibbəyli bununla yanaşı, ədəbi tənqid sahəsində də yeni əsərlərin yaradılmasına ehtiyac olduğunu söyləyib: "Azərbaycanda ədəbi tənqid sahəsində müəyyən addımlar atılıb. Amma ədəbiyyat haqqında elmin qarşılıqlı problemlər əsasında, dünya prosesləri fonunda yenidən işıqlandırılması həm ədəbiyyatımızın, həm də elmimizin inkişafı üçün əhəmiyyətli olar".
AMEA vitse-prezidenti qeyd edib ki, artıq Azərbaycanda müstəqillik dövrünün ədəbiyyatı yaranıb. Bu ədəbiyyatın böyük uğurlarının olduğunu deyən İ.Həbibbəyli bildirib ki, yalnız 2013-cü ildə Dağlıq Qarabağ mövzusunda 40-dan çox əsər yaradılıb. İ.Həbibbəyli onu da əlavə edib ki, artıq Azərbaycan ədəbiyyatı dünyada ehtiramla qəbul olunur.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info