Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub
Tarix: 17.06.2014 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Milli Qurtuluş Günü münasibətilə Naxçıvan şəhərində tədbir keçirilmiş, yürüş təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etmişdir.
Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
Nazirlik, komitə, baş idarə və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri də abidə önünə tər güllər düzmüşlər.
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci il 27 iyun tarixli qərarı ilə iyunun 15-i ölkəmizdə Milli Qurtuluş Günü elan edilmişdir. Milli Qurtuluş Günü Azərbaycanı güclü əsaslara söykənən davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarmış, Vətənimizi qorumağa qadir olan güclü ordumuz yaranmış, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqının bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilmişdir.
Müdriklərin fikrinə görə, “Öz ideyasında yalnız haqqa, ədalətə və müdrikliyə arxalanan liderlərin xalqa rəhbərlik haqqı vardır”. Azərbaycan xalqı tarixən arzularında yaşatdığı güclü, müdrik və ədalətli lider idealını ötən əsrdə ümummilli liderimiz Heydər Əliyevin parlaq şəxsiyyətində tapdı. Bu mənada Ulu Öndərin 1969-cu ildə ölkəmizdə rəhbərliyə gəlişi dirçəliş və çiçəklənmə dövrü kimi xarakterizə olunursa, 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı xalqımızın milli qurtuluş tarixinin əsasını qoymuşdur.
Ümummilli liderimiz Heydər Əliyev milli qurtuluşun mükəmməl fəlsəfəsini yaratmış və onu müstəqil Azərbaycanın gələcək müqəddəratına çevirmişdir. Azərbaycan tarixinin 1969-cu ildən başlanan intibah dövrü 1993-cü ilin iyunun 15-də özünün milli qurtuluş mərhələsinə yüksəlmişdir. Bu qurtuluşa Naxçıvandan hazırlanan zəmin isə müstəqil dövlətçilik tariximizin mühüm mərhələsini təşkil edir. 1990-cı ildə Naxçıvana gələn, deputat və sonradan Ali Məclisin Sədri kimi fəaliyyət göstərən Ümummilli Liderimizin rəhbərliyi ilə muxtar respublikada xalqımızın gələcəyi ilə bağlı ümumdövlət səviyyəli qərarlar qəbul edilmişdir.
“Bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”, - deyən ümummilli liderimiz Heydər Əliyevin ideyalarının tükənməzliyi və yaradıcı gücü xalqımızın nurlu gələcəyi üçün sönməz məşəldir.
XIX əsr mütəfəkkirləri yazırdılar ki, “Şəxsiyyətlərin bütün xüsusiyyətlərini sadalamaq mümkün deyil, nə qədər ona çox diqqət yetirirsən, onda bir o qədər çox yeni keyfiyyətlər aşkarlanır və onların təsviri sonsuza qədər uzanır”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Xalqına, Vətəninə sədaqətlə bağlı olan dahi liderin Azərbaycan dövləti qarşısındakı xidmətləri təkcə ölkəmizə rəhbərlik etdiyi dövrlərlə məhdudlaşmır. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xətt müstəqil Azərbaycanın gələcək inkişaf konsepsiyasıdır. Bu gün dahi şəxsiyyətin ən layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün inkişaf və intibah dövrünü yaşayır. Ölkəmizin iqtisadi inkişafı yeni mərhələyə qədəm qoymuş, əhalinin rifah halı yaxşılaşmış, Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilmişdir.
Ümummilli Liderin quruculuq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi islahatlar da qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Təbii ki, qazanılan bu uğurlar ulu öndər Heydər Əliyevin yoluna sədaqətin bəhrəsi, milli qurtuluşdan başlanan inkişafın davamıdır.
Ali Məclisin Sədri və tədbir iştirakçıları 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən yürüşə baxmışlar.
Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının, “Naxçıvan” Sərhəd Diviziyasının, Daxili Qoşunların Naxçıvan Alayının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Alayının nümunəvi bölmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Gənclər Fondunun fəallarının və Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin üzvlərinin iştirak etdikləri yürüşün iştirakçıları Heydər Əliyev Sarayına qədər olan məsafəni və geriyə – Heydər Əliyev Muzeyinə qədər olan yolu təntənəli marşın sədaları altında nizami addımlarla qət etmişlər. Mindən çox gəncin qatıldığı yürüş şəhər sakinləri tərəfindən alqışlarla qarşılanmışdır.
Həmin gün Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilmiş, Ulu Öndərin abidəsi önünə tər güllər düzülmüş, dahi şəxsiyyətin Azərbaycanın xilası uğrunda tarixi xidmətləri minnətdarlıqla yad edilmişdir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”
20.11.2018
İki Assosiasiya arasında əməkdaşlığın qurulması üçün ilkin addımlar atılıb
20.11.2018
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info